Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kreml gizli hərbi planını dolayısı ilə elan etdi: Rusiyanın hədəfində Ukraynadan sonra “qoca qitə”dir

08/09/2026 17:10
Dünya, Siyasət
793 41
Kreml gizli hərbi planını dolayısı ilə elan etdi: Rusiyanın hədəfində Ukraynadan sonra “qoca qitə”dir
690
Paylaşım sayı
959
Baxış sayı
Rusiyanın Avropa və NATO ölkələrini dolayısı mesajlar üzərindən təhdid etməsi hərbi-siyasi qarşıdurmanın artıq təhlükəli miqyas aldığını göstərir… Bu baxımdan, əksər Avropa ölkələrinin Rusiyanın ehtimal olunan hərbi zərbələrinə hazırlaşmağa başlaması da qətiyyən təsadüfi deyil…

Yaxın Şərq savaşı ABŞ üçün yalnız neqativ maliyyə və siyasi nəticələr doğurmayıb. Belə ki, Ağ Evdə ABŞ-ın strateji silah ehtiyatlarında tükənmə təhlükəsi ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Bir müddət öncə hətta “The New York Times” da iddia etmişdi ki, Yaxın Şərq savaşı nəticəsində ABŞ-ın müəyyən strateji silah sistemlərinin ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Və ona görə də, Ağ Ev Avropa və Asiya ölkələri üçün nəzərdə tutulan bəzi hərbi tədarükləri başqa istiqamətlərə yönəltməli olub.

Onu da qeyd etmək lazımdır ki, bu vəziyyət ABŞ-ın qlobal hərbi strategiyası baxımından, olduqca ciddi problemlər də yarada bilər. Çünki hazırda Ağ Ev eyni vaxtda bir neçə potensial hərbi qarşıdurma istiqamətini nəzərə almağa məcburdur. Belə ki, Avropada Rusiya, Hind-Sakit okean regionunda Çin və Yaxın Şərqdə isə İranla qarşıdurma vəziyyəti mövcuddur. Əgər, ABŞ-ın strateji silah ehtiyatları uzunmüddətli münaqişələri təmin etmək üçün kifayət deyilsə, bu, qlobal rəqiblərin Ağ Evin hərbi imkanlarını yenidən qiymətləndirməsinə səbəb ola bilər.

55733203-d8a1-4f14-a72a-888b9c27ac79.jpg (219 KB)

Maraqlıdır ki, “The New York Times”ın istinad etdiyi yüksək vəzifəli ABŞ rəsmilərinin fikrincə, mövcud vəziyyət xüsusilə narahatedicidir. Çünki strateji silah ehtiyatlarının azalması yalnız ABŞ-ın öz hərbi imkanlarına deyil, həm də onun hərbi müttəfiqlərinə göstərdiyi təhlükəsizlik təminatlarına da neqativ təsir edə bilər. Üstəlik, Avropa və Asiya ölkələri üçün nəzərdə tutulan silahların başqa istiqamətlərə yönəldilməsi isə ABŞ-ın bütün regionlarda eyni anda güc nümayiş etdirmək imkanlarını məhdudlaşdırır.

Təbii ki, belə bir situasiyada Rusiya və Çinin qlobal hərbi-strateji hesablamaları da ciddi şəkildə dəyişə bilər. Əgər, Rusiya və Çin ABŞ-ın uzunmüddətli müharibə aparmaq qabiliyyətinin zəiflədiyi qənaətinə gəlsələr, onların strateji risklərə münasibətinin sərtləşə biləcəyi də qətiyyən istisna deyil. Ona görə də, burada əsas məsələ daha çox, ABŞ-ın mümkün hərbi qarşıdurmada nə qədər müddət ərzində yüksək intensivlikli müharibə apara biləcəyi ilə bağlıdır.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ prezidenti Donald Tramp isə Rusiya ilə bağlı daha sakitləşdirici mövqe nümayiş etdirir. Ağ Ev sahibi, prezident Vladimir Putinlə apardığı danışıqlara istinad edərək, Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib. Və onun dediyinə görə, prezident Vladimir Putinlə bu barədə “yaxşı söhbətləri” olub, bu səbəbdən də Rusiyanin NATO ərazisinə hücum etməyəcəyinə əmindir.

edb3273d-acdb-4d44-a6bd-503948f0c30e.jpg (241 KB)

Bununla belə, Ağ Evin siyasi mesajları ilə ABŞ-ın hərbi planlaşdırması arasındakı ciddi fərqlər də qətiyyən diqqətdən yayınmır. Hər halda, prezident Donald Trampın siyasi-diplomatik optimizmi NATO daxilində təhlükəsizlik narahatlıqlarını avtomatik şəkildə aradan qaldırmır. Əksinə, ABŞ-ın silah ehtiyatlarının azalması barədə məlumatlar Avropa məkanında “Ağ Ev eyni vaxtda bütün cəbhələr üzrə öz müttəfiqlərini müdafiə edə bilərmi” sualını indi daha da aktuallaşdırır.

Məsələ ondadır ki, Rusiya Avropadakı təhlükəsizlik vəziyyətini tamamilə fərqli prizmadan təqdim edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibənin başa çatdırılmasının zəruriliyindən danışarkən, Avropa məkanında “nasizmin” yenidən gücləndiyini iddia edib. Sergey Lavrovun dediyinə görə, Rusiya müharibəni elə nəticələndirmək niyyətindədir ki, Avropada bu ideologiya üçün qətiyyən yer qalmasın.

Təbii ki, Rusiya xarici işlər nazirinin bu bəyanatı Kremlin Ukrayna müharibəsini hansı çərçivədən dəyərləndirdiyini növbəti dəfə qabarıq şəkildə göstərir. Yəni, Kreml bu hərbi münaqişəyə yalnız sadəcə, Rusiya-Ukrayna savaşı kimi yanaşmır. Əksinə, Kreml bu müharibəni həm də daha geniş şəkildə Rusiya ilə Qərb arasında siyasi-ideoloji və hərbi təhlükəsizlik qarşıdurması kimi təqdim edir. Bu baxımdan, müharibənin siyasi hədəfləri də yalnız Ukrayna ərazilərinin işğalı ilə məhdudlaşdırılmır. Və Kremlin bəzi dolayısı təhdidləri Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı problemi daha da ön plana çıxarır.

9d0a8402-b77f-4a08-8e0c-6109ebc7ffef.jpg (155 KB)

Onu da nəzərə almaq lazımdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun digər açıqlaması isə Arktikadakı hərbi-siyasi qarşıdurmanın sürətlə böyüyən risklərini də göstərir. Belə ki, Sergey Lavrov NATO ölkələrinin Arktikadakı hərbi fəaliyyətini Rusiyanın təhlükəsizliyi üçün birbaşa təhdid adlandırıb. Onun fikrincə, Şimal qütbündə hərbi aktivliyin artması insidentlər və nəzarətdən çıxa biləcək silahlı qarşıdurma riskini ciddi şəkildə yüksəldir.

Təbii ki, Rusiya tərəfindən Arktikanın xüsusi əhəmiyyətinin xüsusi olaraq, qabardılması qətiyyən təsadüfi deyil. Çünki bu önəmli region Rusiya, ABŞ, Kanada və NATO-nun digər üzvləri arasında hərbi-strateji rəqabətin əsas istiqamətlərindən birinə çevrilməyə başlayıb. Və bu səbəbdən də, NATO ölkələrinin Arktikada hərbi infrastrukturu gücləndirməsi, Rusiya tərəfindən yalnız regional deyil, həm də strateji təhlükə kimi qiymətləndirilir.

Göründüyü kimi, ABŞ hərbi arsenalının azalması ilə bağlı müzakirələr, Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putinlə bağlı nikbin açıqlamaları və Rusiya xarici işlər naziri Sergey Lavrovun NATO-nun Avropadakı və Arktikadakı hərbi fəaliyyətinə dair sərt xəbərdarlıqları, əslində, eyni qarşıdurma prosesinin sadəcə, müxtəlif istiqamətləridir. Üstəlik, Rusiyanın Avropa və NATO ölkələrini dolayısı mesajlar üzərindən təhdid etməsi isə bu qarşıdurmanın artıq təhlükəli miqyas aldığını göstərir. Və bu baxımdan, əksər Avropa ölkələrinin Rusiyanın ehtimal olunan hərbi zərbələrinə hazırlaşmağa başlaması da qətiyyən təsadüfi deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

Oxşarxəbərlər

TƏCİLİ! Prezident onları əfv etdi – Siyahı
Manşet

TƏCİLİ! Prezident onları əfv etdi – Siyahı

23/09/2026 11:27
969
Prezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLAR
Siyasət

Prezident Estoniyanın ölkəmizdəki ilk səfirini qəbul etdi – FOTOLAR

23/09/2026 11:22
954
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Siyasət

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

23/09/2026 11:20
953
SON DƏQİQƏ! Prezident sərəncam imzaladı
Siyasət

SON DƏQİQƏ! Prezident sərəncam imzaladı

23/09/2026 10:25
959
Ermənistanın kəşfiyyat rəisi gecə ilə Bakını tərk etdi – Nə baş verib?
Dünya

Ermənistanın kəşfiyyat rəisi gecə ilə Bakını tərk etdi – Nə baş verib?

23/09/2026 09:39
967
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!
Siyasət

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Uzun illərdən sonra efirə qayıdır

Uzun illərdən sonra efirə qayıdır

23/09/2026 12:09
954
Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

Sumqayıt məhkəməsində yemək vermədiyi üçün arvadını bıçaqlayan ərə hökm oxundu

23/09/2026 12:02
952
Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər – VİDEO

23/09/2026 12:01
954
Bir neçə aya 16 kiloqram arıqlayıb

Bir neçə aya 16 kiloqram arıqlayıb

23/09/2026 11:58
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.