Cümə, İyul 3, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
Dünya, Siyasət
39 1
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış
51
Baxış sayı

Türkiyə-İsrail gərginliyi yenidən artıb. Hətta iki ölkə arasında münasibətlər qırılma nöqtəsindədir. Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt ritorikasından narahat olduğunu bildirib. O, Türkiyə liderinin açıqlamalarını ölkəsinin təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirib.

Türkiyə-İsrail gərginliyi müharibəyə çevrilə bilərmi?Yoxsa iki ölkə arasındakı qarşıdurma sadəcə siyasi müstəvidə qalacaq?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Azər Həsrət deyib ki, İsrail Türkiyəyə hərbi hücum edəcək gücə və cəsarətə malik deyil:

“Türkiyə İran deyil, dünyanın ən güclü dövlətlərindən biridir. İsrail malik olduğu hərbi texnologiyalara baxmayaraq, Türkiyəyə qarşı belə bir addım atmağa cəsarət etməz. Lakin Ankara bu məsələdə müəyyən mənada özü üçün əlavə çətinlik yaradır. Məsələn, “erməni soyqırımı” iddiasını müdafiə edən Fələstin rəhbərliyinə bu qədər güclü dəstək verməyin nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur. Eyni zamanda, İslam həmrəyliyi məsələsinə də bu prizmadan baxmaq lazımdır. Qarabağ işğal altında olduğu dövrdə müsəlman ölkələrinin böyük əksəriyyətinin, o cümlədən İranın mövqeyi Azərbaycanın gözləntiləri ilə üst-üstə düşmürdü. Bu faktlar hamıya məlumdur”.

Siyasi şərhçi bildirib ki, Türkiyənin İsraillə münasibətləri normallaşdırması həm özü, həm də Türk dünyası üçün daha faydalı olar:

“İsrail də uzun müddətdir belə bir normallaşmada maraqlı olduğunu nümayiş etdirir. Bu, Azərbaycanın və digər türk dövlətlərinin mövqeyini daha da gücləndirə bilər. Azərbaycanın İsraillə münasibətləri buna nümunədir və tərəflər arasında əməkdaşlıq uzun illərdir davam edir. Tarixə baxdıqda, yəhudilərlə türklər arasında ciddi qarşıdurma və ya münaqişə görmürük. Yəhudilərin türk torpaqlarını işğal etməsi və ya dini zorla qəbul etdirməsi ilə bağlı tarixi fakt yoxdur. Xəzər xaqanlığı dövründə yəhudiliyin qəbul edilməsi isə xaqanın seçimi olub və bu din əhaliyə məcburi şəkildə qəbul etdirilməyib”.

A.Həsrət qeyd edib ki, iki ölkə arasında gərginliyin azaldılması üçün səylər göstərilməlidir:

“Azərbaycan bu prosesdə uğurlu vasitəçi rolunu oynaya bilər və indiyədək də bir çox məsələlərin həllinə töhfə verib. Lakin Türkiyənin sərt ritorikası İsrailin də sərt reaksiyaları ilə qarşılanır. Bununla yanaşı, İsrail də münasibətlərdə həddini aşmamalıdır. Xüsusilə “erməni soyqırımı” ilə bağlı hökumətin qərarının Knessetə təqdim edilməsi narahatlıq doğurur. Əgər parlament qərarı təsdiqləyərsə, bu, Türkiyə ilə yanaşı, Azərbaycanın da İsraillə münasibətlərinə mənfi təsir göstərə bilər. Çünki Azərbaycan indiyədək İsraillə münasibətlərini balanslı şəkildə qorumağa çalışıb. Belə bir addım atılacağı təqdirdə isə münasibətləri əvvəlki səviyyədə saxlamaq çətinləşə bilər. Eyni vəziyyət Mərkəzi Asiyanın türk dövlətlərinə də aiddir. Bütün bunlara baxmayaraq, İsraillə Türkiyə arasında müharibənin baş verəcəyi gözlənilmir. Lakin mövcud siyasi gərginliyin hələ bir müddət davam edəcəyi ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ittihamlarına sərt reaksiya verib. O, İsrail rəhbərliyinin Türkiyə ilə bağlı iddialarını əsassız adlandıraraq, ölkəsinin tarixində zülm, soyqırımı və müstəmləkəçilik olmadığını bildirib. Ərdoğan vurğulayıb ki, Türkiyə tarix boyu dini və milli mənsubiyyətindən asılı olmayaraq məzlum xalqlara dəstək verən dövlət olub.

Oxşarxəbərlər

Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir
Dünya

Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

03/07/2026 09:31
51
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış
Dünya

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
51
Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var
Dünya

Kürdlər İrana daxil oldular: Şiddətli döyüşlər başladı, ölənlər var

03/07/2026 00:05
54
Rusiya YDM-lərində uzun növbələr – VİDEO
Dünya

Rusiya YDM-lərində uzun növbələr – VİDEO

02/07/2026 23:32
54
Hakan Fidandan ABŞ ilə bağlı KRİTİK açıqlama: “F-35-lərin verilməsi…”
Dünya

Hakan Fidandan ABŞ ilə bağlı KRİTİK açıqlama: “F-35-lərin verilməsi…”

02/07/2026 23:02
53
TƏCİLİ! Türkiyədən İsrailə ŞOK müharibə xəbərdarlığı: “Çəkinmirik”
Dünya

TƏCİLİ! Türkiyədən İsrailə ŞOK müharibə xəbərdarlığı: “Çəkinmirik”

02/07/2026 22:58
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
50
Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir – FOTO

Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir – FOTO

03/07/2026 09:33
51
Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

Ermənistan bu gün qarışacaq- hamı bu qərarı gözləyir

03/07/2026 09:31
51
Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

Məşhur “silah” Türkiyəyə qarşı işə düşdü: Bakı da dəstəkləmir – Ərdoğandan çağırış

03/07/2026 09:01
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
50

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
69

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
104

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In