Cümə axşamı, Noyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşinyanın ətrafından Azərbaycana ilginc HƏDƏ

05/10/2026 11:32
Dünya, Siyasət
818 16
Paşinyanın ətrafından Azərbaycana ilginc HƏDƏ
690
Paylaşım sayı
959
Baxış sayı

“Yaxın perspektivdə Ermənistan cəmiyyətində revanşist ovqat güclənə bilər”. Bunu baş nazir Nikol Paşinyanın hökuməti ilə əlaqəsi olduğunu deyilən erməni analitik Nerses Kopalyan bildirib. Onun sözlərinə görə, hazırda toplumda mövcud şəraitdə çıxış yolu tapa bilməyən “boğulmuş qəzəb” mövcuddur. Kopalyan iddia edib ki, 15-20 il sonra, “Azərbaycanda siyasi dəyişikliklər baş verən” zaman erməni millətçiliyi siyasi fəaliyyətə çevrilə bilər.

Nerses Kopalyan: “ABŞ Azərbaycan hücumlarının qarşısını alır, lakin onları  cəzalandırmır. Harris administrasiyası bundan çəkinməyəcək” – Ermənistanın  İctimai Radiosu

Qeyd edək ki, gələn il üçün Ermənistanın hərbi büdcəsi əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin, konstitusiya dəyişikliyinin ləngiməsi fonunda ölkənin sürətlə silahlanması müşahidə olunmaqdadır.

Bəs ölkəmizə qarşı revanşizm təhlükəsi getdikcə nə dərəcədə ciddiləşə bilər? Sülh müqaviləsi imzalanacaqsa və ikitərəfli əlaqələr normala düşəcəksə, radikal-revanşistlər hansı qələti edə bilər ki? Onlar yenə Azərbaycanda mümkün siyasi qarışıqlığamı ümid edirlər?

Siyasi ekspert Ramiyə Məmmədova erməni revanşistlərin xülya ilə yaşadığını düşünür. Onun Musavat.com-a dediyinə görə, geosiyasi reallıqlar nəzərə alınmalıdır:

“Azərbaycan ərazilərinin 20 faizi o vaxt işğal olunmuşdu ki, SSRİ yeni dağılmışdı, bizim gücümüz az idi, erməniyə isə rus dəstək verirdi. Yəni bu kömək olmasaydı, torpaqlarımızı zəbt edə bilməzdilər. İndi isə regionda başqa geosiyasi vəziyyət var. Ermənilərin revanşizm əhvalı o demək deyil ki, yenidən Qarabağa hücum edə bilərlər. İlk növbədə Azərbaycanın hərbi qüdrətinə bələddirlər. İkincisi, heç bir xarici güc ermənilərə növbəti işğal üçün kömək etməyəcək. Xüsusən də Rusiya.
Hazırda Cənubi Qafqazda gedən proseslər siyasi-iqtisadi rəqabətdir, Qərb Rusiyanı regiondan sıxışdırmaq istəyir. Ona görə də bu strateji qarşıdurma o anlama gəlmir ki, tərəflərdən biri Ermənistanda revanşizmə dəstək verərək ərazilərimizə təzədən hücum planı quracaq. Əlbəttə, 20-30 il sonranı proqnozlaşdırmaq çətindir, ermənilərin xisləti də bizə məlumdur, lakin Azərbaycan tarixin hər bir mərhələsində yalnız güclü olmalıdır ki, bədxah qüvvələr xain niyyətə düşə bilməsinlər”.

Təbrizdə Ermənistan konsulluğu: “Bu, gələcəkdə regionda qığılcımların  alışmasına gətirib çıxara bilər”

Siyasi şərhçi hesab edir ki, Ermənistanda gələcəkdə hansı qüvvə hakimiyyətdə olacaqsa, Paşinyanın tutduğu kursu davam etdirməlidir: “Yəni söhbət Azərbaycan və Türkiyə ilə əməkdaşlıq siyasətindən gedir. Bölgədəki 2 milyonluq erməni xalqının firavan yaşaması, təhlükəsizlik həyatı yalnız əməkdaşlıqdan keçir. Ermənilər ticarət yollarının faydasını, sərhədlərin açıq olmasının iqtisadi təsirlərini gördükcə Qarabağ məsələsi yada düşməyəcək. Artıq bu əməkdaşlığın töhfəsini görürlər. Azərbaycan həm neft məhsulları satır, həm ərazimizdən İrəvana yüklər daşınır. Gələcəkdə isə bu əlaqələr genişlənəcək, dəmiryolları, avtomobil yolları, elektrik xətləri olacaq, erməniləri işıq və qazla təmin edəcəyik, bir sözlə, sülh müharibədən həmişə yaxşıdır”.

Oxşarxəbərlər

Almaniyada erməni ailəsinin evində faciə: 5 meyit tapıldı
Dünya

Almaniyada erməni ailəsinin evində faciə: 5 meyit tapıldı

25/11/2026 17:45
955
Moskva Paşinyanla bağlı qərar verəcək
Dünya

Moskva Paşinyanla bağlı qərar verəcək

25/11/2026 17:31
957
Baş nazir qərar İMZALADI:Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR
Manşet

Baş nazir qərar İMZALADI:Veteranlar bu işlərə cəlb ediləcək — DETALLAR

25/11/2026 14:03
954
Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı
Dünya

Tramp iki hinduşkanı əfv etdi: biri mərasimdən qaçdı

25/11/2026 13:48
959
Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…
Manşet

Fərman imzalandı:Nazirlər Kabineti iki ay müddətində…

25/11/2026 13:27
960
Prezident Litva XİN rəhbərini qəbul etdi – Fotolar
Manşet

Prezident Litva XİN rəhbərini qəbul etdi – Fotolar

25/11/2026 12:43
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Almaniyada erməni ailəsinin evində faciə: 5 meyit tapıldı

Almaniyada erməni ailəsinin evində faciə: 5 meyit tapıldı

25/11/2026 17:45
955
Moskva Paşinyanla bağlı qərar verəcək

Moskva Paşinyanla bağlı qərar verəcək

25/11/2026 17:31
957
Toya hazırlaşanlara şad xəbər — Açıqlama

Toya hazırlaşanlara şad xəbər — Açıqlama

25/11/2026 17:17
960
Səhiyyə Nazirliyindən apteklərə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyindən apteklərə XƏBƏRDARLIQ

25/11/2026 17:14
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
957

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
962

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
966

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.