Çərşənbə, Sentyabr 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentin köməkçisi: Cənubi Qafqaz artıq müharibə və qarşıdurma məkanı olmamalıdır

19/05/2026 14:00
Siyasət
809 34
Prezidentin köməkçisi: Cənubi Qafqaz artıq müharibə və qarşıdurma məkanı olmamalıdır
698
Paylaşım sayı
969
Baxış sayı

Azərbaycan qonşu ölkə tərəfindən müharibə və münaqişə ilə üzləşdi və ərazilərinin 23 faizi işğal olundu. Bu, İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar böhranlarından birinə səbəb oldu.

Gündəm24.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Qısa müddət ərzində nisbətən kiçik ölkə olan Azərbaycan 1 milyon qaçqın və məcburi köçkünlə üz-üzə qaldı. Onların hamısı mənzillərindən və normal yaşayış şəraitindən məhrum olmuşdu. Həmin dövrdə Azərbaycan həm də ciddi iqtisadi problemlər və çətinliklərlə qarşılaşmışdı ki, bu da həm xalq, həm də hökumət üçün böyük çağırışlar yaradırdı. Biz qaçqınlar üçün sığınacaqlar, çadır evlər və hətta çadır şəhərcikləri yaratmağa məcbur olduq, baxmayaraq ki, lazımi şərait yox idi. Hətta 1 milyondan çox qaçqının yerləşdirilməsi üçün vaqonlardan istifadə edilirdi. Hökumətin əsas məqsədi qaçqın və məcburi köçkün icması üçün sığınacaq, əlçatan qida və yaşayış şəraiti təmin etmək idi. O vaxtdan etibarən Azərbaycanda məcburi köçkünlər üçün müəyyən dövlət imtiyazları da təqdim edildi. Lakin Azərbaycan hökumətinin əsas məqsədi onların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasını təmin etmək idi. Həmin dövrün çətin şərtlərinə baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün 300 min ev və mənzil tikdi ki, insanlar normal şəraitdə yaşaya bilsinlər. Çünki düşünürəm ki, hər dildə belə bir ifadə var: “Mənim evim mənim qalamdır”. Böyük və ya kiçik olmasından asılı olmayaraq, insanın öz evi onun qalasıdır. Bu fəlsəfə ilə biz məcburi köçkün icmasına yaşayış şəraiti təmin etdik. Lakin onların əsas arzusu yenə də geri qayıtmaq idi. Bu arada, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı problemlər daha da çətinləşdi. Çünki Ermənistandan qovulmuş 300 min etnik azərbaycanlı qaçqın da Azərbaycana gəlmişdi”, – Hikmət Hacıyev vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, indi münaqişə geridə qalıb və Azərbaycan yeni reallıqlarla ilə üz-üzədir: “2024-cü ildən etibarən müharibə və münaqişə artıq başa çatıb. Cənubi Qafqaz artıq müharibə və qarşıdurma məkanı olmamalıdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Ermənistanla da sülh sazişi təşəbbüsü irəli sürülüb və ötən il keçirilən Vaşinqton sammiti regionda davamlı sülh və təhlükəsizlik üçün əlverişli geosiyasi şərait yaradıb. Lakin ərazilər azad ediləndən sonra biz tamam fərqli mənzərə gördük. Bu, təsəvvürəgəlməz mənzərə idi. Dünən Prezidentimizin də qeyd etdiyi kimi, məsələn, vaxtilə 100 min insanın yaşadığı Ağdam şəhəri tamamilə dağıdılıb və “Qafqazın Xirosiması” adlandırılır. Xirosima nüvə silahı ilə dağıdılmışdı, Ağdam isə məqsədli şəkildə daş-daş sökülərək məhv edilmişdi. Ümumilikdə Azərbaycanın 9 şəhəri və 300-dən çox yaşayış məntəqəsi demək olar ki, tamamilə dağıdılıb. Hazırda Azərbaycan milyondan çox qaçqın və məcburi köçkünün geri dönüşü prosesini həyata keçirir. Bu, dövlət qarşısında duran nəhəng missiyadır. Biz həmin əraziləri sıfırdan yenidən qururuq. Hətta “mənfi beşdən” başladığımızı deyərdim, çünki bu ərazilər minalarla çirkləndirilib. 1,5 milyondan çox mina və partlamamış sursat həmin əraziləri təhlükəli vəziyyətə salıb. Biz təhlükəsizlik üçün genişmiqyaslı mina təmizləmə kampaniyası həyata keçiririk. Çünki mənzil konsepsiyasında təhlükəsizlik və təminat əsas şərtdir”.

Oxşarxəbərlər

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!
Siyasət

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Prezident o gülməli hadisədən danışdı: Ermənilər Laçından çıxanda… – VİDEO
Manşet

Prezident o gülməli hadisədən danışdı: Ermənilər Laçından çıxanda… – VİDEO

22/09/2026 22:55
965
Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi
Siyasət

Trampdan ABŞ-la bağlı xoş xəbər: Tarixi elan etdi

22/09/2026 22:19
955
Ceyhun Bayramov İqnasio Kassislə görüşdü
Siyasət

Ceyhun Bayramov İqnasio Kassislə görüşdü

22/09/2026 22:17
956
“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir
Siyasət

“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

22/09/2026 20:51
958
Tramp İlham Əliyevdən sitat gətirdi
Siyasət

Tramp İlham Əliyevdən sitat gətirdi

22/09/2026 19:37
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

Günün qoroskopu: Səbrinizi SINAYACAQ bir vəziyyət

23/09/2026 01:48
963
Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

Səfirliyimizdən müraciət: İrandan qayıtmaq istəyənlər DİQQƏT!

23/09/2026 01:11
956
Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

Rusiya azərbaycanlı aparıcıya qadağa qoydu

23/09/2026 00:48
976
Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

Hörmüzdə gecə saatlarında DƏHŞƏT — Ölənlər var

23/09/2026 00:18
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.