Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat – Kritik detallar

12/12/2025 15:35
Dünya, Siyasət
54 2
Rusiyadan Azərbaycana qarşı növbəti təxribat – Kritik detallar
71
Baxış sayı

Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.

Gündəm24.az bildirir ki, APA-nın əldə etdiyi məlumatda Şahin Şıxlinski barədə cinayət işini aparan müstəntiqlərdən birinin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli Karapetyan A.S. olduğu məlum olub. 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.

Müdafiəçiləri Şıxlınsikinin cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda da kifayət qədər ziddiyyətli məqamların olduğunu qeyd edirlər.

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat - Kritik detallar

İyunda nə baş vermişdi?

Azərbaycanla Rusiya arasında münasibətlərdəki çatlar 25 dekabr 2024-cü ildə AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra daha da dərinləşdi. Təyyarənin vurulmasından sonra məsuliyyəti öz üzərindən atmaq istəyən Rusiya bu günə qədər də günahkarları cəzalandırmayıb.

Bu ilin iyun ayında isə Rusiya hüquq-mühafizə orqanları münasibətləri daha da gərginləşdirən növbəti addımı atdılar. Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı əməliyyat keçirildi. Heç bir silahdan istifadə etməyən azərbaycanlılara qarşı əməliyyat adlandırılan proses güc tətbiq olunması ilə yadda qalmışdı. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarının etdiyi zorakılıq nəticəsində iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itirdilər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olundular. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürüldü.

İyulun 2-də Yekaterinqburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski də zorakılıqla saxlanıldı. Həmin vaxt yayılmış görüntülərdə hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşlarının Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsdikləri görünürdü. Onlar zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayırdılar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxıldı. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxıldı.

Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat - Kritik detallar

İndi isə məlum olur ki, bu iş üzrə prosesin bütün mərhələlərində Rusiya vətəndaşı olan erməni əsilli şəxslərdən aktiv istifadə olunub. Təsadüfidirmi? Əlbəttə, yox!

Rusiyada anti-Azərbaycan siyasəti davam edir

Şahin Şıxlinskinin işi bir daha göstərir ki, Rusiyada dövlət səviyyəsində anti-Azərbaycan siyasəti davam etdirilir. Diaspor təşkilatlarımızın rəhbərlərinə, fəallarına təzyiq və təqiblər dayandırılmır, onlar həbs edilir, Rusiya vətəndaşlığından məhrum olunurlar. Bu prosesdə Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi əsas rol oynayır. Məqsəd diasporumuzun rəhbərlərini zərərsizləşdirmək, Rusiyada yaşayan azərbaycanlıları özlərinə tabe etdirmək, gələcəkdə isə onlardan Azərbaycana qarşı istifadə etməkdir.

Şahin Şıxlinskinin həbsindən sonra Yekaterinburqdakı Azərbaycan diasporuna sədr edilən Vidadi Mustafayevin də qısa zamanda ağır ittihamlarla həbs edilməsi bu tamaşanı quranların əsl biabırçılığı oldu. Əslində Vidadi Mustafayevi “diaspor sədri” kimi təqdim etməklə Azərbaycan diasporunu nəzarətə götürmək istəyən orqanlar onun kriminal aləmlə bağlılığını gizlədə bilmədilər və həbs etməyə məcbur oldular.

2017-ci ildən başlayan hücumun məqsədi nədir?

Xatırlatmaq yerinə düşər ki, Rusiyada Azərbaycan diasporuna qarşı dövlət səviyyəsində hücum 2017-ci ildə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi ilə başlanıb. Bundan sonrakı dövrdə Rusiyanın güc strukturları Azərbaycan diaspor təşkilatlarını nəzarətə götürməyə cəhd göstəriblər. Bu niyyətləri baş tutmadıqda isə təşkilatları parçalamağa çalışıblar. Diaspor rəhbərlərinə təzyiq göstəriblər, həbslər həyata keçirməyə, bəzilərini isə Rusiya vətəndaşlığından məhrum ediblər.

Məsələn, Xanti-Mansi Muxtar Dairəsi Dumasının Kommunist Partiyasından olan Azərbaycan əsilli deputatı Xalid Tağızadənin qalmaqallı çıxışından sonra təzyiqlərlə üzləşdiyini də xatırlatmaq yerinə düşər.

Bu il mayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bəzi deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından, əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə uşaq sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da narazılıqlarını bildiriblər.

Deputat Xalid Tağızadə isə çıxışında bildirib ki, “gəlmələr müxtəlif olur”. O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Xalid Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.

Bu isə Rusiya dövlət strukturlarının xoşuna gəlməyib. Bu çıxışın cəzası olaraq Xalid Tağızadəyə maaş verilməsi dayandırılıb, mandatından məhrum edilib, ona qarşı ittiham irəli sürülüb. Bütün bu təzyiqlərə görə, Xalid Tağızadə Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Rusiyadan Azərbaycana qarşı növbəti təxribat - Kritik detallar

Həbs, vətəndaşlıqdan məhrum etmə cəzaları

Smolensk vilayətinin Azərbaycan Milli Konqresinin rəhbəri, Azərbaycan əsilli iş adamı Faiq Əliyevin, Voronejdəki diaspor rəhbəri Yusif Xəlilovun həbsi, Ulyanovskdakı Azərbaycan diasporunun rəhbəri və Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynovun, Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimovun bu ölkənin vətəndaşlığından məhrum edilməsi və digər faktlar Rusiyada azərbaycanlılara qarşı düşmən siyasətinin təzahürləridir.

Hazırda Şıxlinski ilə bağlı cinayət işinin bu qədər birtərəfli və qərəzli, üstəlik erməni əsilli müstəntiq tərəfindən aparılması da Rusiyada azərbaycanlılara qarşı münasibətin çirkinliyini göstərir.

Bütün bu məsələlər isə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin diqqətindədir. Məhz dövlət başçısının səyləri ilə Voronej diaspor rəhbəri Yusif Xəlilov azad edildi. Hazırda Şahin Şıxlinsikinin də işi nəzarətdədir və onun azad ediləcəyi ehtimalı yüksəkdir.

AZAL təyyarəsinin vurulmasında məsuliyyət daşıyanlar niyə cəzalandırılmır?

Bu il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya səmasında vurulmasından 1 il ötür. Azərbaycanlılara qarşı qondarma ittihamlar irəli sürərək qısa zamanda məhkəmə qarşısına çıxaran və bununla da diasporumuzu idarəçilərsiz qoymağı hədəfləyən Rusiya hakimiyyəti indiyə kimi Azərbaycanın mülki təyyarəsinin vurulmasına cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməyib. Baxmayaraq ki, baş vermiş hadisəyə görə bu il oktyabrın 9-da üzrxahlığını bildirən Rusiya Prezidenti Vladimir Putin cinayət işinin yaxın zamanda yekunlaşacağını demişdi. Azərbaycana ardıcıl səfərlər edən Rusiya rəsmiləri də vədlər vermişdilər.

Lakin Rusiyada hələ ki azərbaycanlılara qarşı cinayət törədənlər deyil, azərbaycanlılar cəzalandırılır. Bu isə onu göstərir ki, rəsmi Moskva iki dövlət arasında yaranmış gərginliyin aradan qaldırılmasında yox, daha da dərinləşməsində maraqlıdır.

Oxşarxəbərlər

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ
Dünya

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
54
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Dünya

Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir

14/07/2026 21:21
55
Netanyahu AXTARIŞA VERİLDİ
Dünya

Netanyahu AXTARIŞA VERİLDİ

14/07/2026 19:55
58
Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi
Dünya

Putin Tehrana “Qiyamət günü təyyarəsi” göndərdi

14/07/2026 18:34
57
Prezidentin XƏBƏRDARLIĞI: Sərhədlərdən gələn əsl təhlükə nədir?
Manşet

Prezidentin XƏBƏRDARLIĞI: Sərhədlərdən gələn əsl təhlükə nədir?

14/07/2026 17:42
56
Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı
Dünya

Dünya müharibəsi başlasa, 6 ölkə hədəfdə olacaq – Siyahı

14/07/2026 16:11
66

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Mirşamil Qasımov vəfat etdi

Mirşamil Qasımov vəfat etdi

15/07/2026 10:21
54
Sumqayıtda tanınmış məşqçilərin yubileyləri qeyd olunub

Sumqayıtda tanınmış məşqçilərin yubileyləri qeyd olunub

15/07/2026 10:18
52
Bakıda ŞOK olay: 10 mərtəbəli binanın 11-ci mərtəbəsində… – VİDEO

Bakıda ŞOK olay: 10 mərtəbəli binanın 11-ci mərtəbəsində… – VİDEO

15/07/2026 09:42
55
Sumqayıtda mərasim evi qalmaqalı: “Ağlaşma səsləri eşidiləcək”

Sumqayıtda mərasim evi qalmaqalı: “Ağlaşma səsləri eşidiləcək”

15/07/2026 09:38
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.