Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

XİN rəhbərinin müavini “Türk həftəsi”nin açılışında – FOTOLAR

13/01/2026 15:19
Dünya, Siyasət
45 0
XİN rəhbərinin müavini “Türk həftəsi”nin açılışında – FOTOLAR
57
Baxış sayı

12-15 yanvar tarixlərində Vyana şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin BMT-nin Vyana Ofisindəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “Türk həftəsi” keçirilir.

Bu barədə Gündəm24.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Türk həftəsi” BMT-nin Vyana Bölməsində “İpək yolu üzərində türk dünyası” adlı sərginin təntənəli açılış mərasimi ilə başlayıb.

Azərbaycan Respublikasının Vyanada yerləşən Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş sərginin açılış mərasimində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Vyana bölməsindəki bir sıra beynəlxalq təşkilatların rəhbər şəxsləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edib.

Açılış mərasimində TDT-yə hazırda sədrlik edən ölkə – Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini Samir Şərifov çıxış edib. S.Şərifov Türk Dövlətləri Təşkilatında Azərbaycanın sədrliyinin prioritetləri haqqında məlumat verib, adıçəkilən təşkilatın yaradılması məqsədilə imzalanmış Naxçıvan sazişindən, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 12-ci Zirvə görüşündə imzalanmış Qəbələ Bəyannaməsindən, habelə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş bəyannamənin mahiyyətindən bəhs edib. O, türk dövlətlərinin əməkdaşlığının iqtisadi potensialına toxunaraq, “Orta Dəhliz”in şərqlə qərb arasında oynadığı rolu vurğulayıb. S.Şərifov çıxışı çərçivəsində, həmçinin türk dövlətləri arasında mədəniyət, elm və təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunaraq, ortaq türk mədəni irsinin və dilinin öyrənilməsinə həsr edilmiş ilk Türkoloji Qurultayın 100 il öncə Bakıda keçirildiyini və cari ildə 2-ci Türkologiya Konqresinin də Bakıda keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sərginin açılışı zamanı, o cümlədən Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüralıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNDOC), BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbər şəxsləri çıxış ediblər.

Sərgidə türk xalqlarının zəngin mədəni irsini və qədim tarixini özündə əsk etdirən fotolar və eksponatlar nümayiş etdirilib.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin müavini Samir Şərifov və TDT Baş Katibi Kubanıçbek Ömüralıyev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktor müavini Driss El-Hadani və BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktorunun müavini Fatu Haydara ilə görüşüb, TDT ilə bu təşkilatlar arasında potensial əməkdaşlıq məsələləri müzakirə olunub.

Bundan əlavə, “Türk həftəsi” çərçivəsində ATƏT-in mənzil qərargahında “İpək Yolundan Orta Dəhlizə: Nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə əlaqəliliyin təşviqi” adlı dəyirmi masanın, türk dövlətlərinin mədəniyyət nümayəndələrinin iştirakı ilə qala konsertin və TDT-nin diaspora potensialının artırılması üzrə üçüncü təlim proqramının keçirilməsi nəzərdə tutulur.

XİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında iştirak edibXİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında iştirak edibXİN rəhbərinin müavini Vyanada “Türk həftəsi”nin açılışında iştirak edib

Oxşarxəbərlər

İrana növbəti ZƏRBƏLƏR
Dünya

İrana növbəti ZƏRBƏLƏR

05/03/2026 09:42
68
İsrail qırıcıları İranın strateji yolunu bombaladı
Dünya

İsrail qırıcıları İranın strateji yolunu bombaladı

05/03/2026 09:31
59
İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum
Dünya

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

05/03/2026 08:38
62
ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar
Dünya

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

05/03/2026 08:18
66
Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır
Dünya

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

05/03/2026 03:55
57
200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi
Dünya

200 nəfərlik xüsusi reys artıq Bakıda: Ciddədən təxliyə uğurla həyata keçirildi

04/03/2026 22:21
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran İsraili belə vurdu- GÖRÜNTÜLƏR

İran İsraili belə vurdu- GÖRÜNTÜLƏR

05/03/2026 09:57
67
Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI

05/03/2026 09:45
60
İrana növbəti ZƏRBƏLƏR

İrana növbəti ZƏRBƏLƏR

05/03/2026 09:42
68
Qızıl və gümüş BAHALAŞIR

Qızıl və gümüş BAHALAŞIR

05/03/2026 09:37
63

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İsrail qırıcıları İranın strateji yolunu bombaladı

İsrail qırıcıları İranın strateji yolunu bombaladı

05/03/2026 09:31
59

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

05/03/2026 08:38
62

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

05/03/2026 08:18
66

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

05/03/2026 03:55
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.