Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı

05/05/2026 09:04
Şou-biznes
848 8
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı
708
Paylaşım sayı
984
Baxış sayı

Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı, 400 min manatlıq toyu ilə uzun müddət medianın müzakirə mövzusu olan Aysel Şükürova elə həmin evləndiyi və bir müddət sonra boşandığı Oqtay Əhmədovu məhkəmə vasitəsilə cəzalandırılmasına nail olub.

Gündəm24.az  bizimyolinfo-ya istinadən xəbər verir ki, keçmiş həyat yoldaşının xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında 1986-cı il təvəllüdlü Oqtay Əhmədov haqqında ittiham hökmü çıxarılıb. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib və ona 1500 manat cərimə cəzası təyin olunub. 1993-cü il təvəllüdlü Aysel Şükürova isə məhkəməyə müraciətində keçmiş ərinin həmin maddələrdə nəzərdə tutulan sanksiya həddində azadlıqdan məhrum edilməsini istəyib.

Aysel Şükürovanın sözlərinə görə, 2016-cı ildə evləndiyi və birgə nikahdan iki övladı dünyaya gələn Oqtay Əhmədov sosial şəbəkələrdəki çıxışlarında onu təhqir edir, ünvanına böhtan xarakterli fikirlər səsləndirir. Onu narkotik istifadəsində ittiham edir, “pozğun qadın” adlandırır və s.

“Mən bir ana olaraq, üzərimə atılan böhtan və təhqirlərə dözə bilmirəm. Nəzərə alınmalıdır ki, 3 oğul övladım var. Onlar gәlәcәkdә bu yalan videolara baxıb, psixoloji vəziyyətləri pislәşәcәk, onun yalanlarının qurbanına çevrilәcәklәr”, – deyə Aysel Şükürova şikayətində yazıb.

Oqtay Əhmədov isə ona qarşı iddiaya etiraz edərək, özünü Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilməyib. O bildirib ki, əksinə, Aysel Şükürova və anası sosial şәbәkәdә canlı yayım açıb onun vә valideynlәrinin haqqında tәhqiredici ifadәlәr işlәdiblər. O da özünü hәmin tәhqirlәrә cavab vermәk mәcburiyyәtindә hiss edib. Bu səbəbdən Aysel Şükürova haqqında paylaşımlar edәrәk onun dediklәrinә vә yazdıqlarına münasibәt bildirib.

Oqtay Əhmədov keçmiş həyat yoldaşının “Location” gecə klubunda partlayış zamanı yaralanmasını da xatırladıb. O bildirib ki, Aysel Şükürova azyaşlı uşaqlarını evdə qoyub, gecə klubuna getmişdi. Nəticədə 2022-ci il aprelin 2-dә klubda baş vermiş partlayış zamanı xəsarət alanlardan biri də o olmuşdu. O, əlavə edib ki, Aysel Şükürova narkoloji mərkəzdə də müalicə olunub.

Oqtay Əhmədov özünü təqsirli bilməsə də, məhkəmə Aysel Şükürovanın təhqir və böhtanla bağlı şikayətini əsaslı sayıb.

Aysel Şükürova keçmiş həyat yoldaşına qarşı mənəvi ziyana görə mülki iddia da qaldıraraq, onun 8000 manat təzminat ödəməsini də tələb edib. Lakin məhkəmə Oqtay Əhmədovu Cinay Məcəlləsinin 147.1 və 148-ci maddələrilə təqsirli bilib, 1500 manat cərimələməkdən əlavə, onun üzərinə mənəvi ziyana görə də 500 manat ödəmək öhdəliyi qoyub.

Qeyd edək ki, Aysel Şükürova bundan əvvəl də keçmiş həyat yoldaşının cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırmışdı. Lakin onun iddiası icraata götürülməmişdi. Qərar isə belə əsaslandırılmışdı ki, Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməyib.

Oqtay Əhmədovla evliliyi Aysel Şükürovanın ikinci nikahı idi.

Qüdrət Şükürov qızının 400 minlik toyu ilə gündəmə gələndən bir müddət sonra – 2018-ci ildə vəzifəsindən azad edildi.

Oxşarxəbərlər

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Manşet

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
962
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”
Manşet

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
956
RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“
Manşet

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

17/10/2026 15:00
955
Elnarə Abdullayeva nənə oldu – VİDEO
Manşet

Elnarə Abdullayeva nənə oldu – VİDEO

17/10/2026 10:12
959
Məni subay oğlan sevə bilməz? – Renka
Manşet

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
967
“Sakitliyim xəbərsizliyim deyil”
Manşet

“Sakitliyim xəbərsizliyim deyil”

17/10/2026 08:20
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
962
Lökbatanda Anbarda  YANĞIN oldu

Lökbatanda Anbarda YANĞIN oldu

18/10/2026 12:22
966
Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU

Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU

18/10/2026 12:18
961
Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

18/10/2026 11:36
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.