“Kurtlar Vadisi” serialında “Mehmet Karahanlı”, “Arka Sokaklar”da isə “Rıza Baba” obrazı ilə yaddaşlara həkk olan Zafer Erginin səhhətində problem yaranıb.
Gündəm24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun xanımı Binnaz Ergin açıqlama yayıb.
Onun sözlərinə görə, 83 yaşlı aktyorun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
“Zafer qan laxtalanması səbəbindən müşahidə altındadır və müalicəsi davam edir”, – deyə B. Ergin açıqlamasında qeyd edib.














