Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” – Yusif Ağayevdən sərt sözlər

27/04/2026 17:23
Şou-biznes
814 25
“Belə söhbəti heç 1 apreldə də etmək olmaz” – Yusif Ağayevdən sərt sözlər
694
Paylaşım sayı
964
Baxış sayı
Radio efirində bayağı danışıq tərzi və aparıcı davranışı ilə bağlı müzakirələr fonunda tanınmış teleaparıcı və radio DJ Yusif Ağayev sərt mövqe ortaya qoyub.
Gündəm24.az  xəbər verir ki, Yeni Sabah-a danışan Y.Ağayev Radio TMB 100.5 FM-də “Çiçək” ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın efir davranışını tənqid edib. Bildirib ki, radio aparıcısı təkcə özünü deyil, təmsil etdiyi radionun nüfuzunu da ortaya qoyur:
“Hər zaman dediyim kimi hər bir radio aparıcısı verilişində özünü ifadə edir. Nə ilə, nəyi ilə?! Mədəniyyəti, biliyi, savadı, dünyagörüşü, davranışı, nitqi və ən əsası təmsil etdiyi radionun nüfuzu ilə. Bunu söyləməyə 106 FM radiosundakı 27 illik fəaliyyətim icazə verir.
Mədəniyyət – bu, ailədən, aldığın tərbiyədən asılıdır. Bilik-savad olmayan yerdə heç kim radio kimi böyük bir qurumda işləyə bilməz! Çünki radioda televiziyadan fərqli olaraq 3 dəqiqəlik “zaderjka”, yəni ləngimə funksiyası yoxdur, əgər nəyi isə səhv dedinsə, bu, birbaşa efirə gedir və sənin söylədiyin səhv fikir və ya ifadə anında artıq ictimaiyyətin müzakirəsinə çevirilir. Demək savadın olması mütləqdir.
Üçüncü məsələ dünyagörüşüdür. Sən dünyanı gəzməyə bilərsən, amma ictimaiyyət, aləmdə baş verənlər, internet və ümumiyyətlə sosial şəbəkələrin maarifləndirici səhifələrindən yararlana bilərsən, amma əfsus ki,sosial şəbəkınin o biri “üzü” sənə daha çox maraqlı gəlir.
Tez-tez Avropa ölkələrinə gedirəm. Qitənin bir sıra ölkələrinin sərhəd yoxlanış məntəqəsində səndən hansı peşənin sahibi olduğunu soruşurlar. Biləndə ki radio-televiziya aparıcısısan, sənə çox böyük maraq və diqqətlə yanaşırlar. Əlbəttə ki, əgər sən o sərhəd nəzarəti xidmətində özünü ingiliscə ifadə edə bilirsənsə. Xarici dil bilən aparıcılarımız isə azdır, barmaqla sayılasıdırlar,ə n əsası isə mənim onlara çox böyük rəğbətim var. Xarici dil bilmək “What’s your name?” demək deyil. Xarici dildə sərbəst danışa biləcək aparıcılar radio və televiziyalarda olduqca azdır. Nə bilim, belə əndrəbadi danışanlara heç xarici dil bilməyə ehtiyac yoxdu…”
Yusif Ağayev hesab edir ki, aparıcının kimliyini efirdə ən çox onun nitqi göstərir:
“Nitq isə bir aparıcı üçün ən önəmli amildir. Leksikanın zənginliyi, cümlələrinin düzgün qramatik və morfoloji qaydada düzgünlüyü efirdə sənin üzün görünməsə də, kimliyini isbat edir. Efirdə sənin nitqin-sənin pasportundur. Efir heç kimin şəxsi mülkiyyəti deyil ki, istədiyini danışıb dinləyici auditoriyasında sərbəstlik effekti yaradasan. Radio böyük bir kürsüdür, sən də onun təmsilçisi. Necə efir apararsansa, təmsil etdiyin radio da demək sənə uyğundur. Belə danışıq tərzini heç 1 aprel gülüş-zarafat günündə belə aparmaq olmaz.
Mən demirəm ki, tam ciddi 1941-1945 müharibəsi vaxtı diktor Yuri Levitan kimi amiranə danışasan. Ciddi də danışmağın öz yeri var. Tariximizdə elə günlər var ki, həmin vaxt efirdə amiranəlik, ciddilik vacibdir. Əyləncə ilə bayağılığı səhv salırsansa, bu, sənin daxilin, formalaşmış əqidən və bərpa oluna bilməyən aparıcılığındır!
Əgər bu tərzinlə özünün belə əvəzolunmaz olduğunu sanırsansa, onda sənin bu “təkrarsız” aparıcılığını ayaq üstə “alqışlayıram”. Belə də davam et…
Niyə böyüklərdən öyrənilmir, niyə mütaliə edilmir?! Soruşsan sonuncu dəfə hansı kitabı oxumusan, bayağı yox, maarifləndirici hansı verilişi seyr etmisən, kimin səlist nitqindən nəyi dinləyib özünə nümunə götürmüsən, cavab verə bilməyəcək!
Nə bilim, vallah, bəlkə heç mənim bu sadaladıqlarıma, yanaşmama müasir radio-televiziyada ehtiyac yoxdur? Olsa da, olmasa da, mən Yusif Ağayev olaraq öz dediyimin üstündə dururam və israr edirəm: aparıcının hansı məktəb keçməsi, ali savadı, dünyagörüşü vacib amildir. Atalar sözündə deyildiyi kimi, “çax-çax baş sındırır, dəyirman öz işindədir…”.

Oxşarxəbərlər

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Manşet

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
954
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”
Manşet

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
956
RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“
Manşet

RSS “Atam və anamdan çox o, mənə dəstək oldu“

17/10/2026 15:00
955
Elnarə Abdullayeva nənə oldu – VİDEO
Manşet

Elnarə Abdullayeva nənə oldu – VİDEO

17/10/2026 10:12
959
Məni subay oğlan sevə bilməz? – Renka
Manşet

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
967
“Sakitliyim xəbərsizliyim deyil”
Manşet

“Sakitliyim xəbərsizliyim deyil”

17/10/2026 08:20
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
954
Lökbatanda Anbarda  YANĞIN oldu

Lökbatanda Anbarda YANĞIN oldu

18/10/2026 12:22
966
Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

18/10/2026 11:12
965
Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

17/10/2026 23:47
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
966

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.