Jurnalist İlkin Abbas şəxsi həyatı ilə bağlı video açıqlama yayıb.
Gündəm24.az xəbər verir ki, yanvar ayında nişanlandığı xanımla təxminən 10-12 gün əvvəl ayrılmaq qərarına gəlib. Lakin ayrılığa baxmayaraq, keçmiş nişanlısının ailəsi onun xəbəri və razılığı olmadan toy mərasimi təşkil edib.
İlkin Abbas qeyd edib ki, toyun keçirilməsindən sonradan xəbər tutub.














