Türkiyənin məşhur aktrisası Neslihan Atagül sosial media hesabında paylaşdığı yeni fotoları ilə yenidən diqqət mərkəzinə düşüb.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sadə və təbii üslubu ilə seçilən aktrisanın güzgü qarşısında çəkdirdiyi selfi paylaşımı qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.
Xatırladaq ki, “Yaprak Dökümü” serialı ilə məşhurlaşan Neslihan Atagül 2016-cı ildə həmkarı Kadir Doğulu ilə evlənib. Bu ilin əvvəlində isə cütlüyün Əziz adlı oğulları dünyaya gəlib.
Hazırda vaxtının böyük hissəsini oğlu ilə keçirən aktrisa sosial şəbəkələrdə aktivliyini də davam etdirir. Onun son güzgü qarşısında çəkdirdiyi selfisi sadə görünüşü və təbii gözəlliyi ilə izləyicilərin rəğbətini qazanıb.
Paylaşım qısa müddətdə sosial mediada geniş yayılıb və pərəstişkarları tərəfindən çoxsaylı bəyənmə və müsbət rəy toplayıb.














