Əməkdar artist, müğənni Almaz Ələsgərli müasir ifaçıları tənqid edib.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə “İncə səhər” verilişində danışıb.
A. Ələsgərli bildirib ki, hazırda müğənnilərin ifa etdiyi mahnılar eyni şablon üzrə hazırlanır:
“Mahnılarda heç bir yenilik, dəyişiklik yoxdur. Gərək söz, musiqi və ifaçı bir-birini tamamlasın. Bu üç amil vacibdir. Əks halda, alınmır, nəsə çatışmır. Təəssüf ki, indiki mahnıların hamısı oyuncaq mahnılardır . Heç bir diapazon yoxdur. Hazırda müğənnilərimiz daha çox toy üçün mahnılar yazırlar”.














