“Qadınlar yox, kişilər təhqir yazırlar. Bütün rəylərdə tək qadınlara yox, hamıya təhqir yazan kişilərdir. Həm də bizim kişilər. Kimin səhifəsini açırsan, hətta məşhur olmayan birinə də kişi təhqir yazır. Niyə?”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahevrdiyeva deyib. Aktrisa kişilərin sosial şəbəkədə qadınları təhqir etməsindən şikayətlənib. O bildirib ki, kişilər çəkinmədən rəylərdə qeyri-etik sözlər yazırlar.
N. Allahverdiyeva daha sonra maddi yardım istəyən izləyicilərinə də müraciət edib. Aktrisa imkanlarının məhdud olduğunu vurğulayaraq bunları deyib:
“Mənim özümə kömək edən lazımdır. Səhifəmi açan kimi yazırsınız. Mən nazirəm, kiməm? Adi aktrisayam, maaşla dolanıram. Mənə bu cür çox mesaj gəlir. Gedin dövlət qurumlarına müraciət edin. Milyonçu və ya varlı deyiləm”.
Aktrisa insanların elmə maraq göstərməməsindən də narazılığını ifadə edib:
“Azərbaycanda hamı xanəndə olub. Elm, tarix arxasınca gedən yoxdur. Yerindən duran xanəndə olur. Nə qədər xanəndə olar?”.













