Məşhur türk müğənnisi Sibel Can Paris səfərindən paylaşdığı fotolarla yenidən sosial mediada gündəm olub.
Gündəm24.az Sfera.az-a istinadən xəbər verir ki, Avropa turnesi çərçivəsində Parisdə olan Sibel Can şəhərin müxtəlif yerlərində fotolarını sosial mediada izləyiciləri ilə paylaşıb. Paylaşımlar qısa müddətdə minlərlə bəyənmə və şərh alıb. Sibel Canın geyim seçimi Parisdə bir tədbirdə iştirak edən Serenay Sarıkayanın stili ilə müqayisə edilib. İki məşhur arasındakı stil oxşarlığı sosial mediada diqqət çəkib.
Lakin fotolardakı ən diqqət çəkən detal Sibel Canın qeyri-adi dizaynlı ayaqqabıları olub. Ayaqqabılarının maraqlı forması sosial mediada müxtəlif şərhlərə səbəb olub. İstifadəçilər bu ayaqqabılarla bağlı belə şərhlər yazıblar: – “Fotoşopdur, yoxsa real?” – “Ayaqqabılar qarğa dimdiyi kimidir” – “Ayaqqabılar balıq sümüyü kimidir”.
Sibel Canın Parisdəki paylaşımları qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib. Onun özünəməxsus ayaqqabı seçimi uzun müddət müzakirə olunacaq kimi görünür.
















