Bazar ertəsi, Mart 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI

09/03/2026 17:46
Müsahibə, Şou-biznes
40 3
Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI
55
Baxış sayı

Tarix müəllimi idi, indi isə milyonların qarşısındadır:RÜFƏT NASOSNU “Oxu24.com”a danışdı!

Son günlərin ən çox müzakirə olunan simalarından biri, həm “Milyonçu” şousundakı intellektual performansı, həm də yeni teleaparıcılıq fəaliyyəti ilə gündəmdən düşməyən tanınmış meyxanaçı Rüfət Kərimov (Nasosnu) Oxu24.com saytına özəl müsahibə verib.

Sənətçi müsahibəsində uşaqlıq illərindən, ali təhsilli bir tarixçi kimi meyxana aləminə gəlişindən və ailəsinin onun hüquq-mühafizə sistemində çalışması ilə bağlı arzularından səmimi şəkildə bəhs edib. 2001-ci ildən peşəkar sənətə qədəm qoyan Rüfətin meyxananı necə həyat tərzinə çevirməsi, “Milyonçu” yarışmasındakı pərdəarxası məqamlar və “Kanal S”dəki yeni aparıcılıq karyerası haqqında maraqlı faktları ilk dəfə bizə açıqlayıb.

Həmin maraqlı müsahibəni təqdim edirik:

-İlk olaraq sizi daha yaxından tanımaq üçün soruşmaq istərdim: harada doğulmusunuz və uşaqlıq illəriniz necə keçib?

-Mən, Rüfət Nofəl oğlu Kərimov Sumqayıtda “Hacı Zeynalabdin Tağıyev” qəsəbəsində doğulmuşam. Uşaqlığım çox gözəl keçib. Atam, anam yanımda olub, normal qazanıblar, ikisi də işləyib. Yəni, həmin dövr üçün normal maaş alıblar, normal dolanmışıq. İncəsənətə evdə dərin maraq göstərən olmayıb. Hamı necə, bizim ailə də elə.

Mənim incəsənətə meylim olub, ancaq bizim evdə başqa qanunlar olub. Yəni, bizim evdə elm, təhsil ardınca getmək daha məqsədəuyğun sayılıb, ailənin belə qanunları olub. Çünki, atamın nəsli də, anamın nəsli də müəyyən yüksək dairələrdə işləyən adamlar olublar. Elm və təhsillə, polis sistemində – o vaxtkı milis sistemində, prokurorluqda işləyən adamlar olduğu üçün istəyiblər ki, mən də onlardan biri olum. Mənim də həvəsim olub ki, prokuror olum.

9-10-cu sinifdə orta məktəbdə oxuyanda bir yarışma var idi – “Tapmaca”. Mən, “Konkret.az” saytının baş redaktoru Fadil Paşayev, Ağabala Samid adında bir dostumuz, Rəşad Mütəllimov, Elton Hacıyev və bir neçə nəfər bir yerdə o yarışmanın qalibi olmuşuq. Komanda şəklində keçirilən bir oyun olduğu üçün 4 dəfə qalib olmuşuq.

-Meyxana ilə ilk tanışlığınız necə baş verdi və ilk dəfə nə vaxt səhnəyə çıxdınız?

-Sonra, meyxana ilə ilk tanışlığımız haqqında desəm, “Hacı Zeynalabdin Tağıyev” qəsəbəsində qaldığımıza görə, çadır toylarında meyxana çox olurdu. Bir az bədahətən söz sənətinə həvəsimiz var idi. Sonradan bu həvəs bir az da çoxaldı. Mən heç meyxana deməyimi bilmirdim. İlk dəfə universitetə, Lənkəran Dövlət Universitetinə qəbul olanda, orda uşaqlar meyxana deyəndə mən də onlara qoşulurdum.  1996-cı ildə onlarla bir yerdə çayxanada, məktəbin tinində meyxana deyirdik. O vaxt belə idi. Sonradan bizim universitetin yanında 2 nömrəli orta məktəb var idi, onun bufetinin otağında da meyxana deyirdik.

-Təhsiliniz barədə də danışardınız. Hansı sahə üzrə oxumusunuz və bu təhsil sənət yolunuza necə təsir edib?

-Mən, Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. İxtisasım Tarix müəllimliyi olub. Elə oldu ki, müəyyən çətinliklər, müəyyən işlər oldu və 2001-ci ildən professional şəkildə meyxana ilə məşğul olmağa başladım.

Dərsdən bir az yayındım, müəllimlikdən yayındım, meyxana ilə məşğul olmağa başladım. Və indiyə qədər də meyxana ilə məşğulam. Yəni, mənim həyatda məqsədim meyxana deyən olmaq olmayıb, çünki, meyxana ilə tam ciddi şəkildə məşğul olmamışam. Meyxana ilə qazanc məqsədi ilə, əyləncə xatirinə məşğul olmuşam. Belə olub ki, sonradan meyxana həyat tərzimə çevrilib. Heç də peşman deyiləm meyxana dediyimə görə. Çünki meyxana deyənlərin də arasında özünə hörmət edən, təhsilli, qabiliyyətli insanlar var və indiki zamanlarda, indiki dövr meyxana deyənlərdə, hətta bizim nəsildə elələri çoxdur. Allah hamının ruzisini versin.

-Siz yaxın zamanda “Milyonların şousu” proqramında iştirak etdiniz və 11-ci suala qədər irəlilədiniz. Bu təcrübə sizin üçün necə oldu? İstərdim bu barədə də təəssüratlarınızı bölüşəsiniz. 

-“Milyonçu” şousuna gəldikdə isə, deməli, bu proqrama qatılmaq üçün 2024-cü ildən anket doldurmuşam. Sonradan 2025-ci ilin əvvəlində mənə dəvət gəlib. Telefonda müəyyən problem olduğuna(sındığına görə) o dəvəti görməmişəm. Sonradan telefon düzəldikdə görmüşəm ki, dəvət gəlib və həmin dəvət olduğum gün telefon düzəldiyinə görə əlaqə saxlamışam, məni qəbul etməyiblər. Sonradan dəvətim olduğuna görə yayda bir dəfə də məni 2025-ci ilin yayında dəvət etdilər. Getdim imtahan verdim. Düzdür, nəticələri heç kimə demirlər, kim nə qədər nəticə toplayıb, sadəcə olaraq deyirlər ki, məsələn, ayın beşinə kimi, ikisinə kimi, on beşinə kimi cavab gəldisə keçmisiniz, gəlmədisə keçməmisiniz. Mənə cavab gəlmədi, amma mən zəng edib xahiş etdim ki, necə nəticə toplamışam, nəticəm necə olub? Dedilər ki, dörd suala da cavab versəydiniz, keçəcəkdiniz. Yəni yayda keçmədim.

Bu qış yenidən gedib, İçərişəhər Tarix-Diyarşünaslıq Muzeyində test kimi imtahan verdim. İmtahana hazırlaşmışdım deyə suallara cavab verə bildim, keçdim. Çağırdılar, getdik, “Baku Crystal Hall”da çəkilişlər oldu. Orada da mənə ayrı-seçkilik edilmədi, hamı kimi növbəmi gözlədim. Bir çəkiliş oldu, ikinci çəkilişdə məni dəvət etdilər, çəkildim.

Sonra verilişin vaxtı bitdi. İkinci veriliş də sonradan çəkildi və hamıya məlum olan uduşla oyunu tərk elədim. Tam obyektiv oyundur. Sadəcə olaraq, bəzi anlayışı olmayan adamlar elə bilirlər ki, şoudur. Mən onları həm qınayıram, həm qınamıram. Qınayıram ona görə ki, İctimai Kanal ciddi kanaldır. Sponsor da var – “Azərlotereya”. Dövlət də ödəniş edir. Yəni orada indiyə qədər 100 mini qazanan heç kim olmayıb. Sonuncu dəfə 25 mini iki il bundan əvvəl bir həkim qazanmışdı. Məbləğ o qədər də yuxarı deyil, kanalın gücü çatacaq qədərdir.

-Son zamanlar “Kanal S”də aparıcı kimi fəaliyyətə başlamağınız böyük maraq doğurdu. Bu təklif necə yarandı?

-O ki, qaldı mənim aparıcı olmağıma, qismət belə imiş, dəvət etdilər, getdik aparıcı olduq. Kimlərsə bunu birmənalı qarşılamırsa, bu mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan kanal rəhbərliyi və məndən daha ağıllı, sözü eşidilən, dəyərli insanların fikridir. Yoxsa ki, həyatda heç bir müvəffəqiyyəti olmayan adamların məni qınaması, irad bildirməsi qəbul edilməzdir. Belə adamlara fikir verməməyə çalışıram. Nailiyyəti məndən yüksək olan insanların sözü mənim üçün qanuna bərabərdir.

İnşallah çalışacağıq ki, verilişimizin formatını dəyişək. Şou xarakterini saxlamaqla başqa bir verilişlə camaatın qarşısına çıxaq. O da qismət. Şou verilişini belə qərara gəlmişik ki, saxlayaq. Görək nə olur inşallah, yaxşı olar”!

-Təşəkkür edirik, Rüfət bəy!

-Təşəkkürlər!

Oxşarxəbərlər

“Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram”
Şou-biznes

“Atam yaşda sənətçini hər gün efirdə görəndə utanıram”

09/03/2026 20:54
62
Tolikdən onu əvəzləyən aparıcı ilə bağlı SƏRT XƏBƏRDARLIQ: “Şəkillərimi…”
Şou-biznes

Tolikdən onu əvəzləyən aparıcı ilə bağlı SƏRT XƏBƏRDARLIQ: “Şəkillərimi…”

09/03/2026 18:10
75
Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI
Müsahibə

Tarix müəllimi necə meyxanaçı oldu? — Rüfət Nasosnu özü haqqında DANIŞDI

09/03/2026 17:46
55
Aktrisanın villası yandı, özü xəstəxanalıq oldu – FOTO
Şou-biznes

Aktrisanın villası yandı, özü xəstəxanalıq oldu – FOTO

09/03/2026 14:09
76
Tarix Əliyevi o əvəz etdi – FOTO
Şou-biznes

Tarix Əliyevi o əvəz etdi – FOTO

09/03/2026 10:11
65
Hakan Sabancının sevgili olduğu azərbaycanlı qız kimdir?
Şou-biznes

Hakan Sabancının sevgili olduğu azərbaycanlı qız kimdir?

08/03/2026 19:11
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ağır qəza – Ölən var

Ağır qəza – Ölən var

09/03/2026 22:38
50
SON DƏQİQƏ! Ağır qəza: Xeyli sayda yaralı var

SON DƏQİQƏ! Ağır qəza: Xeyli sayda yaralı var

09/03/2026 22:06
50
Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub – Azərbaycandakı qətlin təfərrüatı

09/03/2026 21:52
50
“Aİ-92” ilə “Aİ-95″i qarışdırmaq olar?

“Aİ-92” ilə “Aİ-95″i qarışdırmaq olar?

09/03/2026 21:33
60

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
64

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
79

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.