Xalq artisti Emin Ağalarov sosial media hesabında sualları cavablayıb.
Gündəm24.az xəbər verir ki, sənətçi işləri ilə şəxsi həyatı arasında qalarsa hansını seçəcəyinə aydınlıq gətirib.
Sual: Bir həftə telefonsuz qalmaq, yoxsa işsiz?
Emin: Nə birinci, nə də ikinci. İşsiz qala bilmərəm. İşi də telefonsuz bacara bilmərəm.
Sual: Vacib bir sövdələşməni ləğv etmək, yoxsa ailəvi naharda iştirak etməmək?
Emin: Həyat yoldaşım inciməsin, amma ailəvi naharı ləğv etmək.
Sual: Biznesin idarəçiliyini bir həftəlik kiməsə təhvil vermək, yoxsa telefonu vermək?
Emin: Nə bu, nə də o. Heç kimə heç nə vermərəm.
Sual: Yaxşı bir iş fürsətini əldən vermək, yoxsa yaxınlarınla gözəl anları qaçırmaq?
Emin: Yaxınlarımla gözəl anları qaçırmaq.














