Müğənni Xatirə İslam gündəmi zəbt edən “romantik videosuna” görə həyat yoldaşının cərimələndiyini və həmin videonu səhifəsindən sildiyini açıqlayıb.
Gündəm24.az bildirir ki, bu barədə sənətçi özü sosial media hesabında məlumat verib.
Sənətçi qanunun şah olduğunu bildirib:
“Hamı yazır ki, video niyə səhifədən silindi? Pis oldum, amma qanun şahdır. Olmazsa, olmaz. Fəxrəddinə cərimə yazılıb, hirsini mənə tökür. Problem dəbilqədədir”.
Xatirə ona minlərlə xoş söz yazan sosial şəbəkə istifadəçilərinə təşəkkür edib.














