Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyənin TV8 kanalında yayımlanan məşhur “Gəl Konuşalım” proqramına görüntülü bağlanıb.
Gündəm24.az xəbər verir ki, o, həyat yoldaşı, müğənni Doğuş haqqında səmimi açıqlamalar verib.
Xoşqədəm Hidayətqızı bildirib ki, artıq 12 ildir evlidirlər və həyat yoldaşı onu yaxşı tanıyır:
“Doğuş çox romantikdir, məni yaxşı tanıyır və təəccübləndirməyi bacarır. Özəl günlərdə o yanımda olmasa da, səhər anidən qaöı açılır və Doğuş içəri daxil olur. O, bilir ki, məni böyük və bahalı hədiyyələrlə təəccübləndirmək olmur. Bir kitabla da məni xoşbəxt etməyi bacarır”.
Aparıcı qeyd edib ki, Doğuş onun üçün iki mahnı bəstələyib:
“Bu günə qədər mənim üçün iki mahnı bəstələyib. Birini toy günümüz üçün, digərini isə daha sonra yazıb. Hətta onun klipində övladlarımızla birlikdə çəkilmişik”.
Aparıcı bildirib ki, evdə yeməkləri özü hazırlayır:
“Doğuşun evdə mənə kömək etməsinə ehtiyac yoxdur, evləri batırmasa daha yaxşı olar. Ev işlərini çox sevirəm və yeməkləri özüm bişirirəm. İstərdim ki, siz də Azərbaycana gələsiniz və mənim qonağım olasınız”.\azxeber.com














