Aktrisa Zarina Qurbanova son günlər aktyor Taleh Yüzbəyovun qadınların estetik etdirməsini pisləməsi mövzusuna reaksiya verib.
Gündəm24.az xəbər verir ki, sənətçi aktyorların ssenariyə uyğun hərəkət etdiyini xatırladıb və bəzi məqamlarda cəmiyyətin reaksiyasının əvvəlcədən nəzərə alınmasının vacibliyini vurğulayıb:
“Bəli, aktrisanın işi ssenariyə tabe olmaqdır. Amma elə bir cəmiyyətdə yaşayırıq ki, istənilən peşənin normal görünən addımı yanlış qəbul oluna bilər və istəmədən sizi kütlə qarşısında pis vəziyyətdə qoya bilər. Belə olmasın deyə, çəkilişdən əvvəl ssenarini dəfələrlə götür-qoy edin, sonrasını düşünün. Hansı cəmiyyətdə, hansı mentalitetdə yaşadığınızı bir an olsun unutmayın. Bütün xanımlar özünə görə gözəl və özəldir, heç kimin ixtiyarı yoxdur kimisə kütlə qarşısında belə vəziyyətə salsın. Hələ söhbət mənasız reklamdan gedirsə…”.
Qeyd edək ki, aktyor Taleh Yüzbəyovun çəkildiyi reklam çarxında qadınların estetik etdirməsini ələ salması tənqid olunub.















