Bazar ertəsi, Oktyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

2026-cı ildə bu kommunal xidmətlərdə bahalaşma olacaq – Siyahı

26/12/2025 08:50
CƏMİYYƏT
811 25
2026-cı ildə bu kommunal xidmətlərdə bahalaşma olacaq – Siyahı
692
Paylaşım sayı
961
Baxış sayı

Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə “kommunal xidmətlərin qiymətləri artacaqmı?” sualını aktuallaşdırır.

Gündəm24.az-ın xəbərinə görə, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlamasında bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları ilk növbədə qeyri-yaşayış obyektlərinə tətbiq edilir. Əhali üçün nəzərdə tutulan kommunal xidmətlərdə isə artımlar daha sonra və nisbətən cüzi həcmdə baş verir:

“Hər il manatın alıcılıq qabiliyyətində dəyişiklik olur, inflyasiya faizləri açıqlanır. Bu isə xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlərin təklif qiymətləri də artırılır. Lakin bu artımlar mərhələli şəkildə aparılır ki, əhali ciddi iqtisadi zərbə almasın”.

V.Oruc qeyd edib ki, 2026-cı illə bağlı iqtisadi proqnozlar da tam ürəkaçan deyil və bu baxımdan növbəti ildə də kommunal xidmət haqlarında artım ehtimalını istisna etmək olmaz:

“Əgər vergilərdə artım baş verirsə, yeni vergi istiqamətləri müəyyənləşdirilirsə, dövlət büdcəsinin xərcləri optimallaşdırılırsa və qənaət rejiminə keçilirsə, bu, müəssisələrin daxili borclarını azaltmaq üçün qiymət artımlarına getməsinə səbəb ola bilər”.

Ekspert əlavə edib ki, artıq istilik şəbəkələri, lift xidmətləri və digər oxşar sahələrdə maya dəyərinin artması ilə bağlı məlumatlar mövcuddur. Həmçinin Bakı metrosunun da ciddi büdcə kəsiri yaşadığını, əldə etdiyi gəlirlərin xərcləri ödəmədiyini vurğulayıb.

“Bu baxımdan hesab edirəm ki, 2026-cı ildə də müəyyən kommunal xidmətlər və məişət xərcləri üzrə qiymətlərin mərhələli şəkildə, əhali üçün ciddi problem yaratmayacaq formada artırılması gözləniləndir”, – deyə Vüqar Oruc bildirib.

Oxşarxəbərlər

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq
Gündəm

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

18/10/2026 23:10
971
Münasibətlərdə güzəştə getməyən 4 bürc
Gündəm

Münasibətlərdə güzəştə getməyən 4 bürc

18/10/2026 14:45
990
Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı
Manşet

Pensiya və Müavinətlərin Ödəniləcəyi Rəsmi Tarix Açıqlandı

18/10/2026 11:36
997
Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?
CƏMİYYƏT

Tələbələri maraqlandıran məsələ: Təqaüdlər artırılacaq?

17/10/2026 21:58
956
Prezidentin qızlarından yeni FOTO
CƏMİYYƏT

Prezidentin qızlarından yeni FOTO

17/10/2026 21:39
956
2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR
CƏMİYYƏT

2027-ci ildə bu məhsullar bahalaşa bilər – ADLAR

17/10/2026 20:34
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kiyevdə ardıcıl partlayışlar: Nə baş verir?

Kiyevdə ardıcıl partlayışlar: Nə baş verir?

19/10/2026 01:02
960
Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

Bakının Bu Rayonunda 2 Gün Su Olmayacaq — Təcili Xəbərdarlıq

18/10/2026 23:10
971
İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

18/10/2026 23:08
966
21 Yaşlı Gənc Bıçaqlandı

21 Yaşlı Gənc Bıçaqlandı

18/10/2026 21:06
967

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
967

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In