Avqustun 15-i “Həzi Aslanov” istiqamətindən gələn qatar saat 00:32-də “28 May” stansiyasından sonuncu dəfə “Dərnəgül”ə doğru hərəkət edib.
Gündəm24.az Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, qeyd edilib ki, bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.
Xatırladaq ki, bu gündən “Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsinin icrasına başlanılıb. Layihə ilə bağlı işlər 11 ay davam edəcək.














