Prezident Ərdoğan bildirib ki, “2002-ci ildə daxili və beynəlxalq uçuşlarda səyahət edən sərnişinlərin sayı cəmi 34,5 milyon idisə, 2025-ci ildə bu rəqəm 247 milyonu keçib”. Ərdoğan yeni açılan uçuş-enmə zolağının üstünlüklərini izah edərək deyib: “Esenboğa Hava Limanının illik sərnişin tutumunu 20 milyondan 30 milyona çatdıracağıq”.
Gündəm24.az xəbər verir ki, Sputnik Türkiyə məlumatına görə, Prezident Ərdoğan Esenboğa Hava Limanının 3-cü uçuş-enmə zolağının, yeni idarəetmə qülləsinin və əlavə qurğuların açılış mərasimində çıxış edib. O bildirib ki, Türkiyəni dünyanın ən geniş uçuş şəbəkələrinə malik ölkələrindən birinə çevirmək məqsədilə hava limanlarının sayı artırılır; tikintisi davam edən Yozqat və Bayburt-Gümüşhane hava limanları ilə bu rəqəm tezliklə 60-a çatacaq.
Ərdoğan vurğulayıb ki, hava nəqliyyatı müqavilələri bağladığımız ölkələrin sayı 81-dən 175-ə çatdırılıb, İstanbul Hava Limanı isə ötən il 84,5 milyon sərnişinə xidmət göstərərək Avropada 2-ci, dünyada isə 7-ci olub. 2002-ci ildə daxili və beynəlxalq reyslərdə səyahət edən sərnişinlərin sayı 34,5 milyon idisə, 2025-ci ildə bu rəqəm 247 milyonu keçib.
2024-cü ildə Esenboğa Hava Limanında təyyarə trafikində 159% artım, sərnişin trafikində isə 355% artım müşahidə olunub. Hava Limanının illik sərnişin tutumu 20 milyondan 30 milyona çatdırılacaq və 298 milyon avro dəyərində olan layihə dövlət xəzinəsindən bir qəpik də çıxmadan başa çatdırılıb.
Sədaqət Həsənova














