Quba rayonunda dəm qazı faciəsi baş verib.
Gündəm24.az -ın məlumatına görə, hadisə martın 14-də gecə saat 04 radələrində rayonun Xucbala kəndində qeydə alınıb.
Kənd sakini, 1982-ci il təvəllüdlü Baxışova Aytən hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Məlumata görə, mərhumə Zöhrab Əkbərov adına kənd məktəbinin müəlliməsi olub və dörd uşaq anası idi.














