MilliÖn terminallarında 500 manatdan artıq ödənişlər üçün şəxsiyyət təsdiqi tələb olunacaq.
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal təsdiqi məcburi olacaq.
İstifadəçilər şəxsiyyətlərini Bir ID, SİMA və ya MyGov platformaları, həmçinin Birbank tətbiqi vasitəsilə təsdiqləyə biləcəklər.
Bunun üçün terminalda yaradılan QR kod müvafiq tətbiqlə skan edilməli və təsdiqləmə tamamlanmalıdır. Təsdiqdən sonra əməliyyatı həyata keçirmək mümkün olacaq.














