Donald Tramp tankerin ələ keçirilməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb-aparmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.
Gündəm24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə bildirib ki, ABŞ artıq Rusiya bayrağı altında üzən və hakimiyyət tərəfindən ələ keçirilmiş “Marinera” tankerindən neftin boşaldılmasına başlayıb. Tramp, tankerin ələ keçirilməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıb-danışmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.
Rusiya Nəqliyyat Nazirliyi hadisənin BMT-nin Dəniz Hüququ Konvensiyasına zidd olduğunu bildirərək, ABŞ-ı açıq dənizdə qanuni fəaliyyət göstərən gəmilərə qarşı hərəkətlərini dərhal dayandırmağa çağırıb. Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın gəmi heyətinə qarşı cinayət təqibini və tankerin ələ keçirilməsi ilə bağlı sanksiya qanunvericiliyinə istinadını əsassız sayıb.
Sədaqət Həsənova














