Prezident Aparatının Kommunikasiya İdarəsi, prezident Ərdoğanın ABŞ prezidenti Trampla telefon danışığı apardığını və müzakirələrin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal hadisələri əhatə etdiyini açıqladı.
Gündəm24.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirəcəyini açıqladı. Bir neçə saat sonra Kommunikasiya İdarəsi görüş barədə məlumat yayaraq, liderlərin ikitərəfli münasibətlər, regional və qlobal məsələlər, xüsusilə Suriya və Qəzza mövzusunu müzakirə etdiklərini bildirdi.
Ərdoğan Suriyanın birliyi, həmrəyliyi və ərazi bütövlüyünün Türkiyə üçün vacib olduğunu, İŞİD-ə qarşı mübarizə və Suriya həbsxanalarındakı İŞİD üzvlərinin vəziyyətinin də danışıldığını qeyd etdi. O, inkişaf etmiş, terrordan azad və dinc Suriyanın bölgənin sabitliyinə töhfə verəcəyini vurğulayıb və Qəzza Sülh Komitəsinə dəvətə görə Trampa təşəkkür edib.
Tramp isə görüşü qısa və müsbət qiymətləndirərək, jurnalistlərə “Çox yaxşı bir telefon danışığı idi” deyib.
Sədaqət Həsənova














