ABŞ və İran atəşkəsin uzadılması, İranın nüvə proqramı ilə bağlı danışıqlara başlamaq üçün 60 günlük çərçivə razılaşmasına nail olublar.
Gündəm24.az xəbər verir ki, bu barədə “Axios” portalı iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, razılaşmanın ABŞ Prezidenti Donald Tramp tərəfindən yekun təsdiqlənməsinə ehtiyac var.
“Prezident vasitəçilərə son qərar verməzdən əvvəl bu barədə düşünmək üçün bir neçə gün vaxt istədiyi mesajını çatdırıb”, – ABŞ-ın yüksək vəzifəli rəsmisi qeyd edib./Unikal/














