Cümə, Aprel 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Adəm İsmayıl Bakuvi: “Gənclərin elmi düşüncəsi Vəhdət Partiyasının inkişafının əsas dayağıdır” — FOTOLAR

27/11/2025 11:44
Siyasət
75 2
Adəm İsmayıl Bakuvi: “Gənclərin elmi düşüncəsi Vəhdət Partiyasının inkişafının əsas dayağıdır” — FOTOLAR
98
Baxış sayı

Bu gün Vəhdət Partiyasında sədr Adəm İsmayıl Bakuvinin iştirakı ilə fəal gənclərlə geniş tərkibli görüş keçirilib. Görüş partiyanın gənclərlə əməkdaşlıq strategiyasının yeni mərhələsinin elan edilməsi, elmi yanaşmanın və analitik düşüncənin siyasətə inteqrasiyasının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbirdə gənclərin fikir, təşəbbüs və layihələrinin partiya gündəliyində daha aktiv şəkildə yer alması üçün mexanizmlər müzakirə olunub.

Partiyanın sədri Adəm İsmayıl Bakuvi çıxışında Azərbaycan gəncliyinin dövlətçilik üçün mühüm strateji qüvvə olduğunu vurğulayıb: “Bu gün bizim siyasətimizdə ən böyük kapital gənclərimizin elmi düşüncəsi, analitik yanaşması və inkişaf eşqidir. Vəhdət Partiyası gənclərin bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.” Sədr onu da qeyd edib ki, Vəhdət Partiyası gənclərlə birgə ölkənin ictimai-siyasi həyatında açıq, modern və innovativ müzakirə mühiti yaradılması istiqamətində fəaliyyətini gücləndirəcək.

Partiyanın Aparat rəhbəri Əbdülvahab Manafov çıxışında bölgələrdə gənclərlə aparılan işlərin genişləndirildiyini, yeni layihələrin həm sosial fəallığı, həm də elmi bilikləri artırmağa yönəldiyini qeyd edib. Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova mövcud layihələrin nəticələri və yaxın dövr üçün planlaşdırılan təşəbbüslər barədə məlumat verib. O bildirib ki, gənclərin elmi-analitik bacarıqlarını inkişaf etdirən seminarlar, debat proqramları və ekspert görüşləri genişləndiriləcək.

Tədbirdə çıxış edən gənc idmançı Zeynəb İbrahimova, karate məşqçisi İlqar Abdullazadə, gimnast Məryəm İbrahimova və həkim-cərrah Rəşad Quliyev gənclər üçün yaradılan şəraitin onların şəxsi inkişafına və fəaliyyət dairələrinə ciddi müsbət təsir göstərdiyini vurğulayıblar. Onlar bu platformanın gənclərin öz fikirlərini sərbəst ifadə etməsinə və yeni imkanlar qazanmasına şərait yaratdığını bildiriblər.

Yazar Kamran Orucov və dilçi alim Mətanət Xudiyeva isə milli kimlik, mədəni irs və maarifçilik mövzularında öz fikirlərini bölüşərək, gənclərin bu sahələrə aktiv şəkildə qoşulmasının cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, gənclərin intellektual və mədəni mühitdə mövqeyinin güclənməsi ölkənin ümumi ideoloji inkişafına mühüm töhfə verir.

Sonda Adəm İsmayıl Bakuvi gənclərlə əməkdaşlığın yeni mərhələsinin başlandığını bildirib və Vəhdət Partiyasında “Elmi Gənclər Klubu”nun təsis edildiyini rəsmi şəkildə elan edib. Klubun gəncləri elmi araşdırmalar, ictimai müzakirələr, analitik fəaliyyətlər və innovativ layihələr ətrafında birləşdirəcəyi vurğulanıb.




Oxşarxəbərlər

Liderlərin səmimi görüşündən- FOTOLAR
Siyasət

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında
Manşet

İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılışında

17/04/2026 16:10
54
Azərbaycan XİN Suriyanı təbrik etdi
Siyasət

Azərbaycan XİN Suriyanı təbrik etdi

17/04/2026 10:59
71
Əli Əsədov SƏRƏNCAM İMZALADI
Siyasət

Əli Əsədov SƏRƏNCAM İMZALADI

17/04/2026 10:42
60
ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı
Siyasət

ABŞ Suriyadan hərbi qüvvələrini çıxartdı

17/04/2026 08:44
71
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Manşet

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

16/04/2026 18:50
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İran Hörmüz boğazını açdı – TƏCİLİ

İran Hörmüz boğazını açdı – TƏCİLİ

17/04/2026 17:02
55
Liderlərin səmimi görüşündən- FOTOLAR

Liderlərin səmimi görüşündən- FOTOLAR

17/04/2026 16:59
55
Ərdoğan: Dünya sərt qırılma ilə üz-üzə qalıb

Ərdoğan: Dünya sərt qırılma ilə üz-üzə qalıb

17/04/2026 16:53
56
Sürücülərə XƏBƏRDARLIQ: aprelin 18-də…

Sürücülərə XƏBƏRDARLIQ: aprelin 18-də…

17/04/2026 16:52
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

Qərbi Azərbaycan İcması Hikmət Babaoğlunu təbrik etdi

17/04/2026 16:05
58

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyində İdarə Heyətinin iclası keçirilib-FOTOLAR

13/04/2026 16:21
76

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
155

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.