Çərşənbə, May 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Araik, Bako və Mehdiyev hansı sirri aça bilər? – Azərbaycanın gözlədiyi xəbər…

22/10/2025 09:25
Manşet
43 1
Araik, Bako və Mehdiyev hansı sirri aça bilər? – Azərbaycanın gözlədiyi xəbər…
56
Baxış sayı

Keçmiş hakim Kamal Əliyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı prosesdə adının hallanmasına münasibət bildirib. O, Mehdiyevlə əlaqəsinin olmadığını deyib.

Məlum olduğu kimi, K.Əliyev “Tərtər işi” ilə bağlı verilən qərarlara görə məhkəmə sistemindən uzaqlaşdırılıb. Bir müddət əvvəl keçmiş deputat Elton Məmmədov da onu “Tərtər işi” ilə bağlı qərar verməkdə, eləcə də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov və Ramiz Mehdiyevlə əlbir olaraq hərbçilərə zülm etməkdə ittiham etmişdi.

“Tərtər işi” çərçivəsində casusluq iddialarına görə Bakıdakı separatçıların da mühüm faktları aça biləcəkləri deyilir. Bu prosesdə Ramiz Mehdiyev və keçmiş qondarma rejimin liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan “Tərtər işi” ilə bağlı dindirilə bilərmi?

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, adıçəkilən şəxslərin dindirilməsi mümkündür.

O qeyd edib ki, bu, “Tərtər işi” də daxil olmaqla bir çox məsələləri əhatə edə bilər:

“Tərtər işi” artıq çox mürəkkəb və həssas bir məsələyə çevrilib. Bu mövzu bəzən Azərbaycan dövlətinə qarşı, hətta Azərbaycanın hərbi-siyasi qələbəsinə kölgə salmaq məqsədilə istifadə olunur. Bildiyimiz kimi, Dövlətimiz bu iş üzrə istintaqı yenidən aparmağa qərar verdi. Nəticədə bir çox şəxs bəraət aldı, bəzi şəxslər isə məsuliyyətə cəlb edildi. Bu faktlar göstərir ki, məsələ dövlət üçün ciddi əhəmiyyət kəsb edir. Bununla belə, daxildə və xaricdə müəyyən qüvvələr mövcud hadisədən dövlətimizə qarşı istifadə etməyə çalışırlar. Təəssüf ki, bu qüvvələr arasında ölkə daxilindən olanlar da var. Ermənistan tərəfi də zaman-zaman məsələdən manipulyasiya məqsədilə istifadə etməyə cəhd göstərir. Əlbəttə, bütün bunlar Azərbaycanın qələbəsinə və ərazi bütövlüyünün bərpasına kölgə sala bilməz. Lakin hələ də mövzu ətrafında fərqli və bəzən təxribat xarakterli fikirlər səsləndirilir”.

Xəyal Bəşirov sabiq deputat Elton Məmmədovun dediklərinə belə münasibət bildirib:

“Elton Məmmədov bir vaxtlar Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA-da fəaliyyət göstərib. Sonradan münasibətlərində ziddiyyətlər yaranıb, mövqeləri toqquşub. Hazırda Vəkillər Kollegiyasının üzvü olan Kamal Əliyev də vaxtilə hakim olub və bu məsələ ilə bağlı sərt açıqlamalar verib. Bu isə göstərir ki, hətta eyni komandada yer alan şəxslər belə müəyyən mərhələlərdə bir-birinə qarşı mübarizə aparıblar. Azərbaycan dövləti, istintaq orqanları və Bakı Hərbi Məhkəməsi üçün dövlət maraqları nə tələb edirsə, bu istiqamətdə zəruri suallar həmin şəxslərə verilir. Ehtimal olunur ki, sualların bir qismi artıq ibtidai istintaq mərhələsində verilib. Çünki Araik Arutyunyan, Bako Saakyan, David İşxanyan və digərləri ilə bağlı həmin şəxslərin məlumatlı olmaması inandırıcı görünmür. Onların ən azı bu şəxslərin fəaliyyəti barədə məlumatlara malik olduqları ehtimal edilir”.

Ekspert qeyd edib ki, hazırda istintaq davam etdiyindən, bəzi məlumatlar ictimaiyyətə açıqlanmır:

“İstintaq sirrinin qorunması hüquqi baxımdan vacibdir. Həmçinin, hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin işi üzrə məhkəmə istintaqı gedir, ifadələri alınır, şahidlər dindirilir. Bu mərhələdə “Tərtər işi” ilə bağlı onlara sualların verilməsi mümkündür. Əgər bu dindirmələr qapalı keçiriləcəksə, ictimaiyyət bununla bağlı hələlik məlumat ala bilməyəcək. Amma məhkəmə yekunlaşdıqdan və hökm elan edildikdən sonra cəmiyyətə rəsmi məlumat verilə bilər. Bununla yanaşı, ola bilər ki, məhkəmə prosesi açıq keçiriləcək və istintaqın bu hissəsi ilə bağlı ictimaiyyət dərhal məlumatlandırılacaq”.

X.Bəşirov hesab edir ki, “Tərtər işi” ilə bağlı adıçəkilən şəxslərə sualların verilməsi real ehtimaldır və onların cavabları indiyədək məlum olmayan faktları üzər çıxara bilər:

“Bu, həm bizə qarşı “Tərtər işi”ndən istifadə edən qüvvələrin əsl niyyətlərini ifşa edə bilər, həm də məsələnin özündə gizli qalan məqamların aydınlaşdırılmasına yardımçı olar. Unutmaq olmaz ki, cinayət proseslərində əsasən ibtidai istintaq zamanı cavabı tapılmayan suallar məhz məhkəmə istintaqı zamanı cavablandırılır. Bu baxımdan, qeyd olunan ehtimallar tamamilə əsaslıdır”.

Oxşarxəbərlər

Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO
Manşet

Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO

26/05/2026 22:25
52
Azərbaycan və İran hər zaman… – Prezident
Manşet

Azərbaycan və İran hər zaman… – Prezident

26/05/2026 19:24
53
Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI
Manşet

Prezidentdən yeni TƏYİNATLAR – SİYAHI

26/05/2026 17:04
54
Prezident sərəncam İMZALADI
Manşet

Prezident sərəncam İMZALADI

26/05/2026 17:00
55
“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır
Manşet

“Qurban payı” adı altında aldatma – Ekspertlər həyəcan təbili çalır

26/05/2026 14:45
61
WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJ
Manşet

WUF13-dən sonra Azərbaycanın statusu dəyişdi – Əliyevdən mühüm MESAJ

26/05/2026 13:39
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yevlaxda faciə: Nəvə öldü,baba yaralandı

Yevlaxda faciə: Nəvə öldü,baba yaralandı

27/05/2026 08:41
50
Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO

Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi – FOTO

26/05/2026 22:25
52
Bəzi cərimələrə görə bal ləğv edilir? – VİDEO

Bəzi cərimələrə görə bal ləğv edilir? – VİDEO

26/05/2026 22:23
52
Tramp İranla bağlı iclas çağırdı

Tramp İranla bağlı iclas çağırdı

26/05/2026 22:18
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
54

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

Rusiyada ailə faciəsi — Körpə də daxil olmaqla 4 uşaq yanğında həlak oldu

26/05/2026 09:04
61

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

NATO ölkəsindən sensasion açıqlama: Ukraynaya silah tədarükü “böyük səhv” adlandırıldı

26/05/2026 04:45
54

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.