Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib.
Gündəm24.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib.
12:34
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Arif Buzovnalı ilə vida mərasimi Məşədi Qərib məscidində keçirilir.
Gündəm24.az xəbər verir ki, mərhumla vida mərasimində ailə üzvləri və sənət dostları iştirak edirlər.
11:17
Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn ediləcək.
Gündəm24.az bildirir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri xəyal Rza məlumat verib.
Qeyd edək ki, Arif Buzovnalı 53 yaşında bu gün səhər saatlarında yaşadığı mənzildə vəfat edib.
10:22
Şair, qəzəlxan Arif Buzovnalı 53 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Gündəm24.az bildirir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.


















