Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Autizmli uşağı parodiya edən İlkin: “Söyüş və qarğış silməkdən yorulmuşam”

09/07/2026 12:52
Şou-biznes
834 8
Autizmli uşağı parodiya edən İlkin: “Söyüş və qarğış silməkdən yorulmuşam”
697
Paylaşım sayı
968
Baxış sayı

Xəbər verdiyimiz kimi aktyor İlkin Misgərlinin “Bizim eltilər” serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb. Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq “Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır” sözlərini yazıb.

Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti aktyor İlkinə etiraz edir.

Gündəm24.az  xəbər verir ki, məsələ ilə bağlı layihə rəhbəri Vüqar Əmirov bizim.media-ya bildirib ki, orijinal videonun mahiyyəti tamam başqadır: “İlkin Misgərli kiminsə qəlbinə dəyəcək adam deyil. Mənim öz övladım da autizm xəstəsidir. Əgər orada başqa fikirlə ələ salmaq olsaydı, mən özüm buna yol verməzdim. O kiçik videoçarx texniki səhvdir. Montajçı özü sosial adam olmadığı üçün buna fikir verməyib, daha doğrusu onun həssas mövzu olduğunu dərk etmədən bunu gülməli hesab edərək paylaşıb.

Əslində bu öz aramızda, təklikdə zarafatlaşdığımız efirə getməyəcək bir videodur. Bu ələ salmaq, “məzələnmək” üçün edilməyib. İnsan olaraq biz hamımız İlkini tanıyırıq və belə səhvə yol verməyəcəyini bilirik. Sadəcə bir anlaşılmazlıq olub”.

Aktyor İlkin Misgərli Musavat.com-a açıqlamasında sosial şəbəkələrdə yayılan videonun tamamilə təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, müzakirələrə səbəb olan görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur və video sonradan montaj edilərək fərqli məna yaradılıb: “Nə məsələdir, nə olub? Bu nədir ki, belə üstümə gəlirlər? Kimsə videonu kəsib, montaj edib, uşağın şəklini mənim videomun üstünə qoyub. Hamı da elə həmin montaj olunmuş görüntünü paylaşır. Heç kim fikirləşmək istəmir ki, bunun orijinalı belə deyil. Hamı başlayıb məni baltalamağa. Məqsəd nədir, nə etmək istəyirlər? Biri söyür, biri qarğış edir. Bu nə deməkdir?”

İlkin Misgərli vurğulayıb ki, peşəsi aktyorluqdur və səhnədə müxtəlif obrazlar canlandırır. Onun sözlərinə görə, həmin səhnə konkret hər hansı şəxsi, xüsusilə də autizmli uşağı parodiya etmək məqsədi daşımayıb: “Mən heç kimi parodiya etməmişəm. Mən aktyoram, rol oynayıram. Başımı da yelləyərəm, qolumu da yelləyərəm, ayağımı da yelləyərəm. Bu, aktyor oyununun bir hissəsidir. İnsanları güldürmək üçün müxtəlif jestlərdən istifadə edirik. Amma bunu götürüb tam başqa məna ilə camaata təqdim ediblər. Mən ömrüm boyu sağlamlıq problemi olan uşaqlarla lağ etməmişəm və belə bir addımı heç vaxt atmaram. Mənim xəstə uşaqla nə işim var? İndiyə qədər xəstə uşaqla lağ eləmişəm? Videonu montaj ediblər, sonra da uşağın şəklini onun yanına yerləşdiriblər. Bütün problem bundan yaranıb”.

Aktyor sosial şəbəkələrdə tənqid olunan “dəli qız” ifadəsinə də münasibət bildirib. O qeyd edib ki, bu ifadə gündəlik danışıq dilində işlənən məcazi sözdür və konkret hər hansı şəxsə və ya xəstəliyə ünvanlanmayıb: “Autizmli uşağa niyə “dəli” deyim ki? “Dəli qız” sözü hamımızın dilində var. Öz aramızda da işlədirik. Bunun autizmlə heç bir əlaqəsi yoxdur. İş-gücüm qalıb bir tərəfdə, söyüşləri, qarğışları silməkdən yorulmuşam”.

Aktyor ondan üzr istəməsini tələb edənlərə də cavab verib: “Deyirlər, üzr istə. Nəyə görə üzr istəyim? Mən oğurluq etmişəm? Kim videonu montaj edib, uşağın şəklini gətirib onun altına yerləşdiribsə, onu tapsınlar. Üzr istəməli olan da odur. Gəlin, əvvəlcə həmin adamı tapaq. Bizim qohumlarımız arasında da autizmli uşaq var. Rejissorumuzun övladı da autizmlidir. Komedixanaya autizmli uşaqlar da gəlirlər, tamaşalarımıza baxırlar, onlarla şəkil çəkdiririk. Belə bir münasibət bizdə heç vaxt olmayıb”.

Sonda aktyor bildirib ki, məsələni şəxsən izah etmək üçün autizmli uşağın ailəsi ilə görüşəcək:

“Bu gün uşaqla və valideyni ilə görüşəcəyəm. Onlara izah edəcəyəm ki, belə bir niyyət olmayıb. Həmin görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur, hər şey montaj nəticəsində yanlış təqdim edilib”.

Oxşarxəbərlər

Ceyran Haşımova mirasını açıqladı
Manşet

Ceyran Haşımova mirasını açıqladı

20/10/2026 16:15
955
Navai Qazaxıstandan deportasiya edildi
Manşet

Navai Qazaxıstandan deportasiya edildi

20/10/2026 13:17
958
Nəzakət Məmmədova təcili əməliyyat olundu
Manşet

Nəzakət Məmmədova təcili əməliyyat olundu

20/10/2026 10:00
959
Emindən atası ilə bağlı paylaşım – FOTO
Manşet

Emindən atası ilə bağlı paylaşım – FOTO

19/10/2026 16:00
960
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO
Manşet

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

19/10/2026 12:19
961
“Hər həftə bir ev alırdım“
Manşet

“Hər həftə bir ev alırdım“

19/10/2026 09:58
998

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Norveçdə nələr müzakirə olundu?

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
953
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
964

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.