Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
Gündəm24.az Haber Global-a istinadən xəbər verir ki, İstanbuldan Orduya hərəkət edən avtobus Sarıköy qəsəbəsi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşaraq qəzaya uğrayıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.//ajans.az














