Çərşənbə axşamı, İyul 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

AZAL təyyarəsində insident: “Sərnişin agentə hücum etdi” – VİDEO

10/01/2026 11:53
Gündəm
59 4
AZAL təyyarəsində insident: “Sərnişin agentə hücum etdi” – VİDEO
80
Baxış sayı

Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarədən çöldə çıxaranda o, agentə yumruq-təpiklə hücum etməyə başladı.

Gündəm24.az “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə bələdçisi Adil Babazadə bildirib.

O, yanvarın 5-də Bakı-Praqa-Bakı aviareysi ilə hərəkət etmiş təyyarənin ekipaj üzvlərindən biri olub: “Biz Bakı-Praqa reysini çox rahat şəkildə yerinə yetirdik. Bütün sərnişinlər təyyarəni tərk etdikdən sonra həmişəki kimi onlara aid heç bir əşyanın qalmadığına əmin olmaq üçün salonu yoxladıq. Belə yoxlamadan sonra əgər hər hansı bir əşya tapılarsa, onu “Lost and Found” personalına təqdim edirik. Biz həmin gün oturacaqda telefon tapdıq, onu aiddiyəti üzrə verdik”.

A.Babazadə qeyd edib ki, hadisə baş verən zaman o, təyyarə salonunun orta hissəsində, böyük təyyarə bələdçisi isə salonun ön qapısında olub: “Bu zaman içəriyə kənar şəxs daxil olmaq istədi. Həmin şəxs elə bizimlə birlikdə Bakıdan Praqaya gəlmişdi. Əlbəttə ki, ilk öncə onun hər hansı əşyasını itirdiyini düşündüm. Amma prosedur qaydalarına uyğun olaraq, sərnişin təyyarəni tərk edirsə, ikinci dəfə ora daxil ola bilməz. Bu səbəbdən sərnişinə təyyarədən çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o, buna məhəl qoymadı, içəri daxil olmağa çalışdı. Bu zaman agent gəldi və agentlə biz onu çöldə çıxartmağa çalışdıq. Sərnişini təyyarədən çöldə çıxartdıq və bu zaman o, agentə yumruq-təpiklə hücum etməyə başladı. Bundan sonra agenti qorumaq üçün sərnişini arxadan tutdum və hərəkətsizləşdirdim. Artıq gördük ki, 2-ci pilotumuz çöldə gözləyir. Biz 2-ci pilotu içəri keçirməli idik. Bu səbəbdən agentdən xahiş etdim ki, öz kartı ilə qapını açsın və 2-ci pilot içəri daxil olsun. Mən sərnişini saxladığım zaman agent qapını açdı və 2-ci pilot içəri daxil oldu”.

Onun sözlərinə görə, təyyarə bələdçisi həmin anda sərnişinlə tək qalıb və onu sakitləşdirməyə çalışıb: “Daha sonra agentdən xahiş etdim ki, polislər və aeroportun təhlükəsizlik idarəsinin şöbəsində yerləşən şəxslər buraya cəlb olsun və bir müddət sonra təhlükəsizlik idarəsinin işçiləri oraya yaxınlaşdı. Onlar da bir neçə dəqiqə onunla söhbət etməyə çalışdı, lakin o, heç də yola gedən insana oxşamırdı. Bundan sonra polislər əraziyə yaxınlaşdı və onunla danışmağa başladı, lakin sərnişin yenə də israrla içəri daxil olmağa çalışdı. Sərnişin qışqırmağa başladı, bundan sonra polislər onu tutdu və zərərsizləşdirdi. Bundan sonra biz təyyarənin ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanlarına təhlükəsiz şəkildə çatdırdıq”.

Xatırladaq ki, yanvarın 5-də Praqa-Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinə imkan verilməyib. Hava limanının təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər həmin şəxsin hərəkətlərinin qarşısını təyyarənin ekipajı alıb.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
54
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
63
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
57
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
55
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
66
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yüksək hava təhlükəsi ELAN OLUNDU – bu ölkədə

Yüksək hava təhlükəsi ELAN OLUNDU – bu ölkədə

13/07/2026 23:00
55
TƏCİLİ! İranın keçmiş prezidenti Əhmədinejad HƏBS EDİLDİ

TƏCİLİ! İranın keçmiş prezidenti Əhmədinejad HƏBS EDİLDİ

13/07/2026 22:46
57
Aygün Kazımova Röyagilə qonaq getdi

Aygün Kazımova Röyagilə qonaq getdi

13/07/2026 22:14
54
Yayın sonuna qədər ən böyük sürprizi yaşayacaq bürclər

Yayın sonuna qədər ən böyük sürprizi yaşayacaq bürclər

13/07/2026 22:06
57

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.