Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan – Avropa əlaqələrində yeni bir bağlantı

09/12/2025 13:38
Manşet, Siyasət
62 1
Azərbaycan – Avropa əlaqələrində yeni bir bağlantı
80
Baxış sayı

Azərbaycanın Avropadakı tərəfdaşlıq xəritəsi sürətlə genişlənir və bu prosesdə Mərkəzi Avropanın mühüm dövlətlərindən biri olan Slovakiya xüsusi yer tutur. NATO və Avropa İttifaqının üzvü kimi Slovakiya müasir sənaye potensialı, dinamik iqtisadiyyatı, regional və qlobal təhlükəsizlik məsələlərində aktiv mövqeyi ilə seçilir. Azərbaycanla bu ölkə arasında formalaşmış qarşılıqlı etimad, dərin diplomatik dialoq və praktiki əməkdaşlıq Cənubi Qafqaz–Mərkəzi Avropa xəttində strateji tərəfdaşlıq konturlarını daha da aydınlaşdırır.

Prezident İlham Əliyevin 2025-ci il 8 dekabr tarixində Bratislavaya ilk rəsmi səfəri ikitərəfli münasibətlər, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri, enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika şəbəkələri və post-münaqişə mərhələsinin sosial-iqtisadi layihələri baxımından xüsusi geosiyasi əhəmiyyət daşıyır.

Slovakiya 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra 1993-cü ildə diplomatik əlaqələr rəsmiləşdirilmiş və münasibətlər ardıcıl, sistemli, bərabərhüquqlu əməkdaşlıq əsasında inkişaf etmişdir. Son illərdə bu dinamika daha da güclənmiş, 2019-cu ildən Slovakiyanın Bakıda, 2023-cü ildən isə Azərbaycanın Bratislavada səfirliyinin fəaliyyət göstərməsi qarşılıqlı siyasi əlaqələri daha da canlandırmışdır. 2024-cü ildə Baş nazir Robert Fitsonun Bakıya səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı əlaqələri yüksək səviyyəyə qaldırmış və bu sənəd faktiki olaraq müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan siyasi yol xəritəsinə çevrilmişdir.

Bratislavada keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı Slovakiya Prezidenti Peter Pellegrini Azərbaycanın dövlət başçısının səfərini ölkəsi üçün xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirərək, münasibətlərin dostluq müstəvisindən sistemli strateji tərəfdaşlıq mərhələsinə keçdiyini vurğuladı. O qeyd etdi ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti və qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin institusional dayanıqlığının bariz göstəricisidir. Prezident İlham Əliyev bəyanatında tərəfdaşlığın artıq strateji məzmun daşıdığını və münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirdi.

Görüşlərdə əsas müzakirə istiqamətlərindən biri enerji təhlükəsizliyi oldu. Avropa İttifaqının Rusiya qazının Slovakiya istiqamətində idxalını məhdudlaşdırdığı şəraitdə alternativ mənbələrə artan ehtiyac Azərbaycanın regional və pan-Avropa enerji arxitekturasındakı rolunu daha da ön plana çıxarır. Slovakiya Prezidentinin Azərbaycan qazını ölkəsi üçün strateji enerji həllinin mühüm elementi kimi dəyərləndirməsi Bakının Avropadakı etibarlı tərəfdaş statusunu daha da gücləndirir. 2024-cü ildən Slovakiyaya qaz ixracına başlayan Azərbaycan bu xəttin genişləndirilməsi ilə Avropanın enerji şaxələndirilməsi siyasətinə töhfə verir, Slovakiyanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqı ilə enerji inteqrasiyasını daha da dərinləşdirir.

İqtisadi əməkdaşlıq sahəsində Slovakiya ilə əlaqələr strateji mahiyyət daşıyır. Avropa şirkətləri, xüsusən “Concago j.s.a” və onun tərəfdaşı “IMA ENERGY MMC” Qarabağ bölgəsində – Ağdamın Baş Qərvənd kəndində fərdi evlərin tikintisini həyata keçirir. Bu layihələr post-münaqişə dövründə regionun bərpasına, bölgədə sosial-iqtisadi canlanmaya mühüm töhfə verir. Slovakiyanın Avropa İttifaqındakı mövqeyi və sənaye potensialı Azərbaycanın əməkdaşlıq imkanlarını genişləndirir, beynəlxalq şirkətlərin sərmayələri isə texnoloji transfer, müasir idarəetmə standartları və istehsal mədəniyyətinin tətbiqi ilə yanaşı yeni iş yerlərinin yaradılmasına şərait yaradır.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. Slovakiya müdafiə nazirinin 2024-cü ildə Bakıda Vətən müharibəsinin Zəfər paradında iştirakı ikitərəfli etimadı və strateji yaxınlaşmanı nümayiş etdirir. Hərbi əməkdaşlıq, təhlükəsizlik sahəsində məlumat mübadiləsi və NATO–Azərbaycan çərçivəsində koordinasiya Cənubi Qafqaz–Mərkəzi Avropa xəttində etimadın artmasına və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Avropa İttifaqı Azərbaycan üçün əsas enerji və ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin son bir ildə Avropa İttifaqı rəhbərliyi ilə intensiv təmasları, yüksək səviyyəli görüşlər və ardıcıl dialoq münasibətlərin yeni mərhələyə yüksəldiyini göstərir. Slovakiya isə bu çərçivədə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyən, enerji təhlükəsizliyi sahəsində prioritet tərəfdaş və Azərbaycan – Avropa əlaqələrinin inkişafında strateji körpü rolunu yerinə yetirən dövlətlərdən biridir. Bu səbəbdən Bratislava səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin güclənməsi üçün də siyasi və praktiki əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində möhkəmləndiyini təsdiqləməklə yanaşı enerji, müdafiə, nəqliyyat, sənaye və innovasiya sahələrində yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Bu səfər post-münaqişə dövründə Qarabağın bərpasına Avropa dəstəyinin institusionallaşmasını təmin etməklə yanaşı Azərbaycan–Slovakiya qarşılıqlı etimadını ən yüksək siyasi-diplomatik səviyyəyə yüksəldir. Beləliklə, həm regional, həm də Avropa müstəvisində yeni reallıq formalaşır: Azərbaycan enerji, təhlükəsizlik, nəqliyyat və iqtisadi əməkdaşlıq sahələrində Mərkəzi Avropanın mühüm tərəfdaşına, Slovakiya isə Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığında strateji dayaqlardan birinə çevrilir. Güclənən tərəfdaşlıq Cənubi Qafqazda sabitlik, Avropada enerji təhlükəsizliyi və hər iki ölkə üçün davamlı inkişaf perspektivləri yaradır.

Oxşarxəbərlər

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi, memorandum imzalandı
Dünya

Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirildi, memorandum imzalandı

23/02/2026 19:50
56
Aldığımız mandarin nə üçün tez kiflənir?
Manşet

Aldığımız mandarin nə üçün tez kiflənir?

23/02/2026 15:34
56
Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi
Manşet

Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

23/02/2026 15:15
53
Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR
Dünya

Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR

23/02/2026 14:21
53
Sülh Şurasında Azərbaycan nə deməkdir?
Manşet

Sülh Şurasında Azərbaycan nə deməkdir?

23/02/2026 14:16
54
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
Manşet

Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam

23/02/2026 14:01
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

23/02/2026 21:52
55
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
53
Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52
Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

23/02/2026 20:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
54

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
55

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.