Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan QHT-ləri Ermənistanın anti-Azərbaycan kampaniyasına qarşı bəyanat YAYDI

18/09/2026 15:47
Gündəm
777 58
Azərbaycan QHT-ləri Ermənistanın anti-Azərbaycan kampaniyasına qarşı bəyanat YAYDI
691
Paylaşım sayı
960
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı (QHT) və vətəndaş cəmiyyəti nümayəndəsi Ermənistanın müxtəlif dairələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə son səfərinə qarşı başlatdığı kampaniya ilə bağlı birgə bəyanat yayıb.

Gündəm24.az  xəbər verir ki, bəyanatda Ermənistan tərəfinin bu reaksiyası Azərbaycanın suverenliyinə qəsd, daxili işlərinə müdaxilə və regionda davam edən sülh prosesinə ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilib:

Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!

Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır olmadığı aşkara çıxdı. “Real Ermənistan”  hekayəti iflasa uğrayır.

Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır. Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini “sübut etmək” üçün Matenadaran institutunun rəyinə istinad edir. Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar ünvanlamağa başlayıb?

Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış, Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir!

Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş, saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini unutmamışıq!

Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı, hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları məsuliyyətə cəlb etməlidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə alınacaq!

İmzalar:

  1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti
  2. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi
  3. Xətai Ələsgərov – “Dədə Ələsgər Ocağı” İctimai Birliyi
  4. Oğuz Məmmədov – “Zəngi – Tarixi İrsin Öyrənilməsi” İctimai Birliyi
  5. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası
  6. Zaur Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyi
  7. Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyi
  8. Tural Gəncəliyev – “Qarabağa Dönüş” İctimai Birliyi
  9. Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi
  10. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu
  11. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi
  12. Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyi
  13. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu
  14. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi
  15. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi
  16. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
  17. Aqil Camal – “Ortaq Dəyərlər” İctimai Birliyi
  18. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi
  19. Rey Qasımov – “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi
  20. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi
  21. Müşviq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi
  22. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi
  23. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
  24. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi
  25. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyi
  26. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi
  27. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi
  28. Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi
  29. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyi
  30. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı Mərkəzi” İctimai Birliyi
  31. Fuad Abbasov – “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüsləri İctimai Birliyi
  32. Fuad Hüseynzadə – “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi
  33. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi
  34. Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi
  35. Elşad Məmmədli – “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
  36. Kəmalə Ağazadə – “Azərbaycan Uşaqları” İctimai Birliyi
  37. Əfsələddin Ağalarov – “Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyi
  38. Yadigar Məmmədli – “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyi
  39. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
  40. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi
  41. Tünzalə Abdullalimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi
  42. Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyi
  43. Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyi
  44. İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
  45. Kəramət İsmayılov – “İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi
  46. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
  47. İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar” İctimai Birliyi
  48. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu
  49. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi
  50. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi
  51. Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi
  52. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi

 

Oxşarxəbərlər

Bakıda MÜHÜM KONFRANS keçirildi
Gündəm

Bakıda MÜHÜM KONFRANS keçirildi

18/09/2026 12:42
952
Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib
Gündəm

Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib

18/09/2026 12:04
952
Bu avtomobillərə dərhal yol verin! – Müraciət
Gündəm

Bu avtomobillərə dərhal yol verin! – Müraciət

18/09/2026 11:27
954
Mirşahinin oğlu ailə qurdu — Toydan görüntülər (VİDEO)
Gündəm

Mirşahinin oğlu ailə qurdu — Toydan görüntülər (VİDEO)

18/09/2026 11:18
953
Milli Məclis yeni qanun layihəsini müzakirə edir
Gündəm

Milli Məclis yeni qanun layihəsini müzakirə edir

18/09/2026 11:04
953
“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti
Gündəm

“Güclü olmaq üçün təhlükəsizlik şərtdir” – Təhlükəsizlik eksperti

17/09/2026 16:30
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

18/09/2026 17:19
951
Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:01
951
Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

18/09/2026 16:33
951
Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

18/09/2026 16:20
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
954

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
957

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.