Gündəm24.az xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Q. Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb. (Qafqazinfo)














