Yevlax rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsində qeydə alınıb. Məlumata görə, 2024-cü il təvəllüdlü azyaşlı valideyn nəzarətindən kənarda qaldığı zaman yaxınlıqdan keçən su arxına düşüb və boğulub.
Ailə üzvləri hadisədən xəbər tutaraq uşağı sudan çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(trend)














