Bazar ertəsi, Fevral 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda hərbi xidmətin müddəti ilə bağlı mühüm DƏYİŞİKLİK

23/02/2026 10:52
Hərbi
41 2
Azərbaycanda hərbi xidmətin müddəti ilə bağlı mühüm DƏYİŞİKLİK

ordu əsgər hərbi

54
Baxış sayı

Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.

Gündəm24.az  xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı.

Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişikliyə görə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətində bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Zabitlərin həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Bundan əlavə, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi xidmətə çağırılması (qəbul olunması) barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qanun layihəsində, həmçinin, qeyd edilib ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qəbul edilirlər. Bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların həqiqi hərbi xidmət keçəcəyi dövlət orqanlarının (qurumlarının) toplanış məntəqəsinə (hərbi hissələrə) aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq həqiqi hərbi xidmət başa çatanadək və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və kursantlarının şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq həmin qurumda saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet veriləcək.

Qüvvədə olan qanuna əsasən isə hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişiklikdən öncə müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilirdi. Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirdilər.

Oxşarxəbərlər

Bəhruz Əhmədov HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verdi – FOTOLAR
Hərbi

Bəhruz Əhmədov HDQ-nin hərbi qulluqçularına tapşırıqlar verdi – FOTOLAR

23/02/2026 09:38
53
Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıq verdi – FOTOLAR
Hərbi

Zakir Həsənov Hava Döyüş Komandanlığına tapşırıq verdi – FOTOLAR

22/02/2026 12:15
53
Xalq artistinin oğluna vəzifə verildi: rütbəsi artırıldı
Hərbi

Xalq artistinin oğluna vəzifə verildi: rütbəsi artırıldı

21/02/2026 12:04
55
Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi
Hərbi

Zakir Həsənov kollegiya iclası keçirdi, tapşırıqlar verdi

14/02/2026 14:24
59
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu – FOTO
Hərbi

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu – FOTO

13/02/2026 13:49
61
Kərim Vəliyev üçün özəl gün… – FOTOLAR
Hərbi

Kərim Vəliyev üçün özəl gün… – FOTOLAR

09/02/2026 14:24
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

23/02/2026 11:34
54
Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı

Prezident Səməd Vurğunla bağlı sərəncam imzaladı

23/02/2026 11:32
53
Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz İDDİA

Adnan Əhmədzadə ilə bağlı daha bir ağlasığmaz İDDİA

23/02/2026 11:29
53
Özəl xəstəxanalarda da onkoloji yardım göstəriləcək

Özəl xəstəxanalarda da onkoloji yardım göstəriləcək

23/02/2026 11:27
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
50

Raket hücumu şəhəri silkələdi – infrastruktura ciddi ziyan

Raket hücumu şəhəri silkələdi – infrastruktura ciddi ziyan

23/02/2026 03:02
50

İran liderindən mesaj – “Hər ehtimala qarşı hazırlıq görmüşük”

İran liderindən mesaj – “Hər ehtimala qarşı hazırlıq görmüşük”

23/02/2026 00:51
50

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

Qəza nəticəsində turistlərin həyatını itirməsi yerli xilasediciləri səfərbər edib

20/02/2026 16:51
57

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.