Çərşənbə axşamı, İyul 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda minimum əməkhaqqı artırıla bilər – Bu qədər olacaq…

24/04/2026 20:25
İqtisadiyyat
57 4
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər – Bu qədər olacaq…
77
Baxış sayı

Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Xüsusilə, bu göstəricinin orta aylıq əməkhaqqına nisbətinin beynəlxalq praktikaya uyğun olaraq 55–60 faizə çatdırılması ilə bağlı müzakirələr genişlənir.

 

Bəs minimum əməkhaqqının artırılması real gəlirləri nə dərəcədə yüksəldəcək və bu proses iqtisadiyyata hansı təsirləri verə bilər?

 

Gündəm24.az bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə təxminən 1100 manat səviyyəsindədir.

 

“Minimum əməkhaqqının orta maaşa nisbətinin 55–60 faiz olması beynəlxalq praktikada geniş yayılıb və bu göstəriciyə çatmaq aşağı gəlirli vətəndaşların maddi vəziyyətini yaxşılaşdıra bilər. Minimum əməkhaqqının artırılması eyni zamanda gəlirlərin şəffaflaşmasına da təkan verəcək. Belə ki, bəzi hallarda işçilərə faktiki olaraq daha yüksək maaş ödənilsə də, bunun yalnız bir hissəsi rəsmi şəkildə göstərilir. Bu isə həm vergi itkisinə, həm də işçinin sosial təminat hüquqlarının zəifləməsinə səbəb olur.

 

Hazırda elə hallar var ki, işçiyə 700–800 manat maaş verilir, lakin bunun yalnız 400 manatı rəsmiləşdirilir. Minimum əməkhaqqı artırıldıqda bu fərq aradan qalxa və gəlirlər daha şəffaf şəkildə rəsmiləşdiriləcək. Amma əməkhaqqıları tam şəffaf olmadığı üçün bəzi hallarda artım işçinin real gəlirinə birbaşa təsir etməyə də bilər.

Bəzi işçilər üçün minimum əməkhaqqının artırılması vergi yükünü də çoxaldacaq. Məsələn, 600 manat gəlirin bir hissəsi qeyri-rəsmi ödənildikdə həmin məbləğdən vergi tutulmur, lakin tam rəsmiləşdirmə zamanı bütün məbləğ vergiyə cəlb olunur”.

 

Xalid Kərimli hesab edir ki, minimum əməkhaqqının artırılması sosial rifaha müsbət təsir göstərsə də, bu proses ehtiyatla və mərhələli şəkildə həyata keçirilməlidir.

 

“Bu, yalnız dövlətin deyil, həm də özəl sektorun imkanlarından asılıdır. Özəl sektorun maliyyə imkanları məhduddur. Əgər minimum əməkhaqqı kəskin artırılarsa, bəzi şirkətlər işçiləri ixtisar edəcək. Minimum əməkhaqqının sürətli artımı inflyasiyaya da təsir göstərə bilər. Bu səbəbdən hökumət daha çox tədrici artım siyasətinə üstünlük verir”.

 

Onun fikrincə, minimum əməkhaqqının orta maaşın 55–60 faizinə çatdırılması yalnız iqtisadi inkişaf fonunda mümkündür:

 

“Qeyri-neft sektorunun genişlənməsi, ixracın artması və yeni iş yerlərinin yaradılması nəticəsində əmək bazarında işçi qüvvəsinə tələbat yüksələcək. Bu halda əməkhaqlarının təbii artımı baş verəcək ki, bu da daha dayanıqlı modeldir”.

 

Beləliklə, ekspertin qənaətinə görə, minimum əməkhaqqının artırılması sosial rifahın yaxşılaşmasına töhfə versə də, bu addımın iqtisadi reallıqlara uyğun və mərhələli şəkildə atılması vacibdir.

Oxşarxəbərlər

Mərkəzi Bank məlumat yaydı
İqtisadiyyat

Mərkəzi Bank məlumat yaydı

07/07/2026 09:09
56
AMB dörd ödəniş şirkətinə icrası məcburi göstəriş verdi
İqtisadiyyat

AMB dörd ödəniş şirkətinə icrası məcburi göstəriş verdi

04/07/2026 22:32
55
Azərbaycan kartofdan MİLYONLAR QAZANDI
İqtisadiyyat

Azərbaycan kartofdan MİLYONLAR QAZANDI

04/07/2026 12:21
54
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
İqtisadiyyat

Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər

04/07/2026 09:54
55
Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır – Cəmi 43 dollara
İqtisadiyyat

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır – Cəmi 43 dollara

03/07/2026 08:12
55
Dünya bazarında neftin qiyməti ucuzlaşır – Qızılın isə… – AÇIQLAMA
İqtisadiyyat

Dünya bazarında neftin qiyməti ucuzlaşır – Qızılın isə… – AÇIQLAMA

02/07/2026 15:20
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

07/07/2026 21:37
52
Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

07/07/2026 21:19
51
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

07/07/2026 21:14
50
54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

07/07/2026 21:07
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
62

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
63

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.