Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR

23/02/2026 14:21
Dünya, Siyasət
799 42
Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR
696
Paylaşım sayı
967
Baxış sayı

Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində nəzərdə tutulan enerji avadanlıqlarından ibarət növbəti yük Kiyev rəsmi şəxslər tərəfindən təhvil alınıb.

Gündəm24.az  bildirir ki, “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, enerji avadanlıqlarının təhvilvermədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko, Ukrayna energetika nazirlərinin müavinləri Nikolay Kolesnik və Valentina Moskalenko, səhiyyə nazirinin müavini İqor Kolaç iştirak ediblər.

Göndərilən avadanlıqların ümumi dəyəri 1 milyon dollar təşkil edir. Bura 12 alçaq gərginlikli panel, 11 generator, 5 transformator, 27 min metrə yaxın kabel və naqillər daxildir.

Məlumata görə, ümumilikdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar, bərpa və yenidənqurma yönümlü yardımın həcmi 45 milyon dolları ötüb.

Ukrayna səhiyyə nazirinin müavini İqor Kolaç bildirib ki, Azərbaycana göstərilən köməyə görə təmsil etdiyi dövlət adından səmimi minnətdarlığını bildirir:

“Göndərilən enerji avadanlıqları hazırda zərər görən səhiyyə sistemlərimizin dayanıqlığını təmin etmək üçün çox vacibdir. Göndərilən enerji avadanlıqları artıq səhiyyə müəssisələri arasında bölüşdürülüb və bu gündən etibarən müəssisələrimizin enerji təminatını gücləndirəcək”.

Nazir müavini vurğulayıb ki, bu yardım kritik əhəmiyyətli avadanlıqların işini təmin etməyə və fasiləsiz tibbi yardımın göstərilməsinə çox kömək edəcək.

“Bu, Ukrayna hökumətinin xarici tərəfdaşlarla sistemli işinin tərkibidir. Bu günə kimi səhiyyə sistemində 15 mindən çox generator cəmləşib. Təcili yardım şəbəkəsinin müəssisələrinin 100%-i generatorlarla təmin edilib, bu 3500-dən çox generatordur”.

İqor Kolaç humanitar yardımla əlaqədar Azərbaycan prezidentinə, hökumətinə, xalqına təşəkkür edib.

Ukrayna Energetika nazirinin müavini Nikolay Kolesnik isə deyib ki, artıq döyüş əməliyyatlarının aktiv fazasının dördüncü ilində məhz sosial obyektlərə və ya əsas xidmətlərin, enerji və kommunal xidmətlərin sistemli təchizatından asılı olan enerji infrastrukturu obyektlərinə zərbələr intensivləşdirilir:

“Məhz beynəlxalq yardım bizə düşmənin yaratdığı bu çağırışlara tez bərpa olmağa, cavab verməyə və müqavimət göstərməyə kömək edən sistemli alətdir. Biz görürük ki, bu gün Azərbaycan humanitar missiya olaraq enerji avadanlıqlarında da Ukraynaya dəstəyi əsirgəmir. Bu, birbaşa bu gün səhiyyə sistemi obyektlərinə gedən avadanlıqdır. Bunlar kritik, vacib obyektlərdir”.

t 4112

t 4113

t 4114

Oxşarxəbərlər

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Manşet

BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

24/09/2026 00:37
961
Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı
Dünya

Türkiyə İraqdakı bazanı tərk edir – Ərdoğan açıqladı

23/09/2026 23:26
955
Zəngəzur dəhlizi və tarixi körpü – Ərdoğanla Paşinyanın görüşünün detalları
Siyasət

Zəngəzur dəhlizi və tarixi körpü – Ərdoğanla Paşinyanın görüşünün detalları

23/09/2026 22:47
954
Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

23/09/2026 22:23
952
“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünya

“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır

23/09/2026 21:57
957
Tramp İranla razılığa gəlməyə hazırdır
Dünya

Tramp İranla razılığa gəlməyə hazırdır

23/09/2026 21:43
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR

Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR

24/09/2026 09:54
951
Laçında dağlıq ərazidə yanğın – VİDEO

Laçında dağlıq ərazidə yanğın – VİDEO

24/09/2026 09:47
951
IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

IV Bakı Təhlükəsizlik Forumu keçirildi – FOTOLAR

24/09/2026 09:43
951
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

24/09/2026 09:39
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
963

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.