Bazar, Oktyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanın strateji vizyonunda Türk birliyi və İslam həmrəyliyi

15/09/2026 21:30
Manşet, Siyasət
795 42
Azərbaycanın strateji vizyonunda Türk birliyi və İslam həmrəyliyi
693
Paylaşım sayı
962
Baxış sayı

Boris Zuvakin bir dəfə çox maraqlı fikir söyləmişdi: “Görünür, əzab çəkmək üzrə növbətçi olmaq lazımdır”.

Bu, hazırda Ermənistanda hələ də əzabkeş rolu oynamaqda davam edən elementlərə çox uyğun gəlir.

Özlərini guya əzabkeş xalqın liderləri kimi təqdim edənlər 27-30 il müddətində Azərbaycan xalqına əzab vermişlər. Hətta sadistcəsinə. Qəribə bir yarımvəhşi entuziazmla. Verdikləri əzabdan ləzzət alaraq…

Özünün guya sıxışdırıldığını, əzildiyini deyə-deyə, yüz minlərlə Azərbaycanlını sıxışdırıb Qərbi Azərbaycan torpaqlarından, Qarabağdan, Şərqi Zəngəzurdan sıxışdırıb çıxarmış, əsir etdiyini əsir etmiş, qalanları əsir-yesir etmişdi. Özü torpaqlarından qovulan heç başqalarını qovardı?! Yox!

Azərbaycan, gör, nələrdən keçib!

Türk Dövlətləri Təşkilatının Baş katibini, eləcə də, TDT-nin müsəlman dini idarə rəhbərlərini, bundan başqa Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçılarını qəbul edərkən, Azərbaycan xalqının işğal dövründə çəkdiyi məhrumiyyətlərdən danışıb. Dini liderlərin, başqa bütün qonaqların diqqətini ədalət faktoruna yönəldib.

Prezident açıq mətnlə deməsə də, burada bir ilahi ədalət də var. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il müddətində 65 məscidi dağıdıb, yerlə yeksan edib. Təkcə məscidləri deyil, şəhərləri, qəsəbələri, kəndləri dağıdıb.

Dini məbəd – istər məscid olsun, istər sineqoq, istər kilsə və sair – İlahi qüdrətin inikasıdır. Bu, sadəcə, dam, daş-divar deyil ki. O damın altında, o divarların arasında İlahi enerjini yaşadır ruhanı məkanlar. Bu İlahi enerji qaynaqlarını qapamaq istəyənlər gec-tez bunun cəzasını alır.

Prezidentin çıxışının ruhunda da vardı: Azərbaycan öz torpaqlarını azad edərkən, təkcə fiziki, hərbi gücə deyil, həm də mənəvi gücə söykənmişdi. Ona görə də, dövlət başçısının dediyi kimi, nə ötən əsrdə, həm bu əsrdə kimsənin edə bilmədiyini Azərbaycan bacardı.

Azərbaycan təkcə öz torpağını və təkcə Ermənistan işğalından azad etmədi, həm də torpaqları işğal altında olan başqa xalqlar, dövlətlər üçün ümid işığı yandırdı. Presedent yaratdı

Bəli, Azərbaycan öz torpaqlarını, sadəcə, Ermənistanın işğalından xilas etmədi, həm də “özünü böyük sayan” dövlətlərin beynəlxalq ədalətsizlik sindromundan xilas etdi. Prezident bunu xüsusi olaraq vurğuladı, bu da heç təsadüfi deyil.

Bilirsiniz, mən əvvəl də yazmışdım: Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi və işğal altında saxlayırdı; bu, özlüyündə çox böyük ədalətsizlikdi – hərbi cinayətlər törədirdi, insanlıq əleyhinə cinayətlər törədirdi. Bunlar hamısı məlumdur. Bəs beynəlxalq güclər, böyük adlanan dövlətlər nə edirdi?!

Minsk Qrupu münaqişə tərəfləri arasında vasitəçilik edən, münaqişəni həll etməli olan beynəlxalq legitim strukturdan dönüb olmuşdu münaqişəni uzatmağa xidmət edən qruplaşma. Ədalət gətirmək əvəzinə cinayətləri ört-basdır etmək, işğala son qoymaq əvəzinə, işğalı legitimləşdirmək və əbədiləşdirmək üçün çalışırdı keçmiş-bitmiş Minsk Qrupu. Mən bu səbəbdən həmin struktura belə ad vermişəm: keçmiş “Minsk Qruplaşması”.

Bəli, bu təşkilat faktik olaraq beynəlxalq kriminal qruplaşmaya çevrilmişdi. Ona görə 44 günlük müharibə qələbə ilə bitdikdən dərhal sonra Azərbaycan Prezidenti bu Qruplaşmanı ləğv etmək məsələsini beynəlxalq səviyyədə qaldırdı və beş il ərzində haqlı inadla, əsaslı israrla gərgin iş apardı və nəticəyə nail oldu. Bu qrupun buraxılmasını təmin etdi.

Niyə təkid edirdi Prezident?!
Çünki Azərbaycan torpaqlarını işğalçılardan azad etsə də, ayrı-ayrı “böyük” dövlətlərin, bəzi beynəlxalq siyasi dairələrin beynində, zehnində işğal havası qalırdı. Bu münaqişə durumunu diri saxlamaq istəmişdilər. Hətta Ermənistanı hücum silahları ilə silahlandırmaqdan da çəkinmirdilər.

Prezident bu faktları qonaqların diqqəti üçün dərin və dəqiq təhlil etdi. Əsl həqiqəti onlara bütün tamlığı ilə çatdırdı. Ən acınacaqlı faktlardan birini xüsusi vurğuladı: Azərbaycan öz torpaqlarını azad etdikdən cəmi bir neçə ay sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı sanksiya tətbiq etdi. 30 il işğalçıya heç bir kiçik təsir etməyən Avropa strukturları öz ərazisini azad etmiş ölkəyə təzyiq etmək yolunu seçdi.

Prezident bu məsələdə tamamilə haqlıdır: təkcə elə ədalətsiz estafeti öz əlinə almış Avropa Parlamentinə baxmaq yetərlidir. Bu qurum faktik olaraq erməni mənşəli çirkli pullarla dönən bir siyasi çarxa çevrilib. Orada gedən siyasi korrupsiyalaşma prosesləri, çirkin sxemlər hər kəsə məlumdur.

Azərbaycan Prezidenti Qarabağa səfər edəcək qonaqlara bu həqiqətləri çatdırmaq istəmişdi, çatdırdı. Onun sözlərindən məlum olduğu kimi, qonaqlar gedib iki Qarabağ görəcəklər: biri 30 il ərzində işğalçının darmadağın dağıtdığı Qarabağ, o biri isə qalib Azərbaycan dövlətinin qurub yaratdığı Qarabağ.

Artıq həmin torpaqlarda 90 mindən çox insan məskunlaşıb. İşğalçının öz torpaqlarından didərgin saldığı Azərbaycanlı keçmiş köçkünləri öz evlərində-yurdlarında görəcəklər qonaqlar. Böyük Qayıdış getdikcə sürətlənir, genişlənir. Miqyası böyüyür. Şübhəsiz, Prezidentin də vurğuladığı bir fikir də var: keçmiş köçkünlərin öz yurdlarına qayıtması dövlətin məqsədi və həyata keçirdiyi prosesdir. Ancaq əsas məqsəd onların əvvəlkindən daha rahat, təhlükəsiz, daha abad Qarabağa və Şərqi Zəngəzura qayıtmasıdır. “Böyük Qayıdış” dediyimiz budur. Yəni qayıdışın böyüklüyü burdadır.

Prezident bütün bunları niyə geniş, ətraflı, bəzən hətta detallarla izah edir?!
Çünki hələ də “bizi ayırmaq istəyən qüvvələr” var. Hələ də müsəlman xalqların yaşayış arealına göz dikənlər, xaos, münaqişə yaradıb, öz maraqlarını yeritmək istəyənlər var.

Prezident dini icmaların, dini liderlərin gücünü, imkanlarını, İslam mədəniyyətinin humanist potensialını bu təhdidlərə, təhlükələrə qarşı birləşdirməyin zərurətini xüsusi olaraq önə çəkir, bu məqsədləri müsəlman toplumların gündəminə daşıyır. İndi buna həmişəkindən çox ehtiyac var. Təkcə Türk birliyinə deyil, İslam aləmində həmrəyliyə böyük ehtiyac var və bunlar Azərbaycanın əsas strateji hədəfləri sırasındadır.

jxkovefmcahaam2jl4lw.jpg (20 KB)

Bahəddin Həzi

Oxşarxəbərlər

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU
Dünya

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

17/10/2026 23:47
953
Bu bürclər gecələri yata bilmir
Manşet

Bu bürclər gecələri yata bilmir

17/10/2026 23:31
954
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”
Manşet

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
953
Moskva ilə İrəvan arasında uçuş təxirə salındı
Dünya

Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

17/10/2026 23:23
953
Hikmət Hacıyev “Counterpoint” sənədli filmi barədə paylaşım etdi
Manşet

Hikmət Hacıyev “Counterpoint” sənədli filmi barədə paylaşım etdi

17/10/2026 23:11
953
İran rejimini necə devirəcəyimi bilirəm – Netanyahu
Dünya

İran rejimini necə devirəcəyimi bilirəm – Netanyahu

17/10/2026 23:05
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

Səudiyyə Ərəbistanına məxsus helikopter VURULDU

17/10/2026 23:47
953
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir”

17/10/2026 23:31
953
Bu bürclər gecələri yata bilmir

Bu bürclər gecələri yata bilmir

17/10/2026 23:31
954
Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

Moskva ilə İrəvan arasında uçuş təxirə salındı

17/10/2026 23:23
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1000

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
983

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.