Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda beyin insultu üzrə beynəlxalq konfrans keçiriləcək

23/01/2026 17:09
Gündəm
77 3
Bakıda beyin insultu üzrə beynəlxalq konfrans keçiriləcək
101
Baxış sayı

Fevralın 5–6-da Bakıda beyin insultu üzrə müasir tibbi xidmətlərin yaradılması və bu sahədə həyatqurtarıcı yüksəktexnoloji müdaxilələrin inkişafına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbir Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunacaq.

Gündəm24.az bildirir ki, bu barədə AZƏRTAC-a təşkilatın sədri, Köln Universitetinin Tibb fakültəsinin üzvü, “GFO Kliniken Troisdorf”un klinika rəhbəri professor Nuran Abdullayev məlumat verib. O bildirib ki, konfransın əsas məqsədi Azərbaycanda insult üzrə müasir tibbi xidmət modelinin formalaşdırılmasına, həmçinin həkimlərin bilik və praktiki bacarıqlarının artırılmasına dəstək verməkdir.

Beynəlxalq tədbirdə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı klinikaların rəhbərləri və neyroradiologiya üzrə tanınmış mütəxəssislər iştirak edəcəklər. Qonaqlar arasında Nuran Abdullayevlə yanaşı, Münxen Klinikasında direktor vəzifəsində çalışan professor Anastasios Mpotsaris və Aşaffenburq şəhərində klinika rəhbəri olan Volker Maus da yer alacaqlar.

Konfransda ölkənin aparıcı tibb müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər və digərləri çıxış edəcəklər. Tədbirdə insult mərkəzlərinin yaradılması, kəskin işemik insult zamanı mexaniki trombektomiyanın təşkili, pasiyent seçimi, süni intellektin diaqnostik proseslərdə rolu, eləcə də multidisiplinar əməkdaşlıq modelləri müzakirə olunacaq.

Konfrans çərçivəsində xüsusi əhəmiyyət daşıyan praktiki master-klas da təşkil ediləcək. Master-klas zamanı dünyada aparıcı tibbi texnologiya şirkətləri tərəfindən istehsal olunan, hətta Almaniyada belə hələ klinik istifadəsinə başlanılmamış yeni nəsil beyin stendləri və tromb sorucu materiallar nümayiş etdiriləcək. İştirakçılara bu cihazların model üzərində tətbiqinə şərait yaradılacaq ki, bu da Azərbaycan üçün bir ilk hesab olunur.

Qonaqların Bakıya səfəri çərçivəsində beynəlxalq nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə insult üzrə milli strategiyanın inkişafı, regional insult mərkəzlərinin yaradılması və uzunmüddətli elmi-tibbi əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Beynəlxalq konfrans Azərbaycanda beyin insultu üzrə müasir, sürətli və effektiv tibbi yardım sisteminin qurulmasına töhfə vermək məqsədi daşıyır.

Oxşarxəbərlər

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
59
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
57
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
65
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59
Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”
Gündəm

Arzumun rəfiqəsindən ŞOK AÇIQLAMA: “Ətrafındakı məxluqlar onu bu günə qoydu!”

03/07/2026 15:45
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu ölkədə güclü yanğın: Çox sayda ÖLƏNLƏR VAR

Bu ölkədə güclü yanğın: Çox sayda ÖLƏNLƏR VAR

13/07/2026 11:41
50
İlham Əliyev həmin şəxsin adını AÇIQLADI:Azərbaycana birinci yardım edən…

İlham Əliyev həmin şəxsin adını AÇIQLADI:Azərbaycana birinci yardım edən…

13/07/2026 11:40
50
Türkiyənin məşhur kurortunda ATIŞMA: ÖLƏN VAR

Türkiyənin məşhur kurortunda ATIŞMA: ÖLƏN VAR

13/07/2026 11:21
50
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

13/07/2026 11:17
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
68

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
68

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
78

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In