Bakıda fəaliyyət göstərən bir sıra tanınmış taksi şirkətlərində qiymətlərin kəskin artdığı bildirilir.
Gündəm24.az “axar.az”a istinadən xəbər verir ki, iyun ayının əvvəlindən paytaxtda fəaliyyət göstərən bəzi taksi şirkətləri gediş haqlarını artırıblar.
Məlumata görə, “Yango” taksi xidmətində qiymətlər 40-50 faiz arası bahalaşıb.
Analoji vəziyyətin “Bolt” platformasında da müşahidə olunduğu bildirilir. Qeyd olunur ki, bu şirkətdə də qiymətlər təxminən 40 faiz artıb.
Məlumatda vurğulanır ki, qiymət artımı hava şəraiti, pik saatlar və ya yollardakı sıxlıqla bağlı deyil. Əksinə, hava şəraiti, pik saatlar və sıxlıq zamanı gediş haqlarının iki və ya üç dəfə arta bildiyi qeyd edilir.
Qiymət artımının səbəbi ilə bağlı taksi xidmətlərinə sorğu göndərilib.














