Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bayram hazırlığı: Paxlava və şəkərbura neçəyə satılır?

04/03/2026 14:21
CƏMİYYƏT
820 34
Bayram hazırlığı: Paxlava və şəkərbura neçəyə satılır?
707
Paylaşım sayı
982
Baxış sayı

Qarşıdan Novruz bayramı gəlir. Süfrələrin əsas bəzəyi olan paxlava, şəkərbura və digər şirniyyatlar artıq satışdadır. İnsanların bir qismi bu nemətləri evdə hazırlamağa üstünlük verir. Digər qismi isə vaxt azlığı və rahatlıq səbəbindən hazır şəkildə satışa çıxarılan məhsulları alır.

Lakin hazır alınan şirniyyatların seçimi zamanı diqqətsizlik sonradan sağlamlıq problemlərinə, qida zəhərlənmələrinə, allergik reaksiyalara və həzm pozuntularına səbəb ola bilər. Xüsusilə bayram günlərində məhsul bolluğu və tələbatın artması fonunda keyfiyyət məsələsi daha da aktuallaşır. Açıq satışda olan, mənşəyi bəlli olmayan və ya düzgün saxlanma şəraiti təmin edilməyən şirniyyatlar risk yarada bilər.

Bəs hazır alınan paxlava və şəkərburalarda nələrə diqqət etmək lazımdır ki, sonradan zəhərlənmə və ya digər xoşagəlməz hallar baş verməsin?

Sfera.az-a bu haqda açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bayram nemətlərindən düzgün istifadə, saxlanma şəraiti, istehlakı barədə ətraflı məlumat verib.

 

Onun sözlərinə əsasən, birinci növbədə bilmək lazımdır ki, şəkərbura, paxlava və digər Novruz şirniyyatları Novruzun vazkeçilməz məhsullarından olsa da, onların kalori dəyəri yüksəkdir:

“Buna görə də bu şirniyyatları günün birinci yarısında, xüsusilə günorta saatlarına yaxın qəbul etmək daha faydalı hesab olunur. Bu, gün ərzində daha enerjili olmağa kömək edə bilər. Digər bir məqam isə miqdarın düzgün tənzimlənməsidir. Əgər artıq miqdarda qəbul olunarsa, bu, artıq çəkiyə gətirib çıxara bilər. Eyni zamanda, tərkibində karbohidratın yüksək olması qanda şəkərin sürətli şəkildə qalxmasına səbəb olur. Bu isə çox kalorili qida qəbul edilməsinə baxmayaraq, qısa müddət sonra yenidən aclıq hissinin yaranmasına gətirib çıxarır. Qan şəkərinin sürətlə düşməsi davamlı olaraq yemək ehtiyacını artıra bilər”.

 

Ekspert bayram şirniyyatlarını hansı meyarlara görə, haradan əldə etmək lazım olduğunu da qeyd edib:

“Şirniyyat alarkən mütləq dövlət nəzarətindən keçən, rəsmi qaydada fəaliyyət göstərən yerlərə üstünlük verilməlidir. Bəzən açıq şəkildə və ya küçələrdə, mənşəyi bəlli olmayan yerlərdə hazırlanıb satılan məhsullar olur ki, onların keyfiyyətli xammaldan hazırlanıb-hazırlanmadığı şübhə doğurur. Eyni zamanda sanitar qaydalara əməl olunub-olunmaması da bir çox hallarda sual altında qalır ki, bu da gələcəkdə istehlakçıların sağlamlığına zərər yetirə bilər. Əgər məhsul etiketlidirsə, üzərində istehsal tarixi, son istifadə müddəti və tərkibi mütləq göstərilməlidir. Xüsusilə allergenlər, qoz, fındıq, yumurta, süd kimi komponentlər dəqiq qeyd olunmalıdır ki, allergiyası olan insanlar buna diqqət etsinlər. Bu məhsullar rütubətsiz yerdə saxlanılmalı, mümkün olduqda günəş şüaları altında qalmamalı, quru və üstü bağlı şəkildə qorunmalıdır. Qaydalara əməl olunmadıqda məhsullar müxtəlif çirklənmələrə məruz qala bilər. Eyni zamanda, görünüşündə və dadında dəyişikliklərə diqqət etmək lazımdır. Əgər kəskin, xoşagəlməz və ya turş qoxu varsa, azacıq kif əlamətləri müşahidə olunursa, paxlavanın üzərindəki şərbət köpüklənmiş və ya bulanıqdırsa, belə məhsulları almaq tövsiyə edilmir. Paxlava həddindən artıq yapışqandırsa, bu onun köhnə olduğunu göstərə bilər. Bəzi hallarda məhsul keyfiyyətsiz xammaldan hazırlanmış ola bilər. Xüsusilə qoz və ya fındıq ləpəsi köhnədirsə, ağızda acı dad yaradır. Bu isə yalnız dad problemi deyil, eyni zamanda toksiki təsir göstərə bilər. Buna görə də bu məqamlara xüsusi diqqət yetirilməlidir. Şirniyyatların otaq temperaturunda uzun müddət saxlanılması tövsiyə olunmur. Onlar sərin yerdə qorunmalıdır”.

Mütəxəssis uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, həmçinin mədə-bağırsaq sistemi problemləri olan insanların bu məhsulları mütləq düzgün miqdarda qəbul etməli olduğunu bildirib:

“Şirniyyatların yeməkdən təxminən 35-40 dəqiqə, bəzən isə bir saat sonra qəbul edilməsi daha məqsədəuyğundur. Alternativ olaraq, yeməkdən bir saat və ya bir saat yarım sonra qəbul edilməsi tövsiyə olunur”.

Məsələ ilə bağlı Sfera.az bayram şirniyyatlarının satış qiymətlərini də araşdırıb. Aparılan qiymət araşdırması göstərir ki, alıcılar həm münasib, həm də premium seqmentdə fərqli seçim imkanlarına malikdir.

Məşhur şirniyyat şəbəkələrindən olan “Azza” mağazalarında qiymətlər nisbətən yüksək seqmentdədir. Burada badamburanın 300 qramı 8 manata, şəkərburanın isə 250 qramı 8 manata təklif olunur. Satıcıların sözlərinə görə, məhsulların hazırlanmasında istifadə olunan keyfiyyətli kərə yağı və çərəzlər qiymətə birbaşa təsir edir.

Daha sərfəli seçim axtaranlar üçün “Sun Bakery” brendi bayrama özəl endirim kampaniyası təqdim edir. Belə ki, qozlu paxlavanın 1 kiloqramı 13.99 manat olduğu halda, endirimlə 11.99 manata satılır. 250 qramlıq qablaşdırma isə 3.50 manatdır. Fındıqlı paxlava da eyni endirim çərçivəsində 1 kiloqram üçün 14.45 manatdan 11.99 manata düşüb, 250 qramı isə 3 manata təklif olunur.

Kərə yağlı qozlu paxlava daha yüksək qiymət kateqoriyasındadır.  1 kiloqramı 17.99 manat, 250 qramı isə 4.50 manatdır. Fındıqlı şəkərbura 1 kiloqram üçün 19.49 manat olsa da, bayrama özəl olaraq 15.90 manata endirilib, 250 qramı isə 3.98 manatdır. Badambura isə 1 kiloqram üçün 15.49 manatdan 13.99 manata düşüb, 250 qramı 3.50 manatdır.

Premium seqmentdə fəaliyyət göstərən “Rəmzioğlu” brendində isə qiymətlər daha yüksəkdir. Burada qozlu paxlava ədədilə 20.90 manata satılır, 1 list, yəni böyük ölçülü xüsusi qablaşdırma isə 111.40 manat təşkil edir. Bu məhsullar əsasən hədiyyəlik və xüsusi sifariş üçün alınır.

Araşdırma göstərib ki, 2026-cı ildə Novruz süfrəsi üçün şirniyyat seçimi həm büdcəyə uyğun, həm də daha bahalı variantlarla zəngindir. Evdə bişirməyə üstünlük verənlər olsa da, hazır məhsullara maraq ildən-ilə artır. Qiymətlər xammalın maya dəyəri, istifadə olunan qoz, fındıq və kərə yağının keyfiyyəti, həmçinin brend faktorundan asılı olaraq dəyişir.

Bir sözlə, bu il də Novruz süfrələrinin əsas simvolları olan paxlava, şəkərbura və badambura müxtəlif qiymət aralığında alıcılara təqdim olunur və bayram ab-havası artıq şirniyyat vitrinlərində hiss olunub.

Oxşarxəbərlər

AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy
CƏMİYYƏT

AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy

22/09/2026 14:40
960
Azərbaycanda mal əti BAHALAŞDI
CƏMİYYƏT

Azərbaycanda mal əti BAHALAŞDI

22/09/2026 14:17
957
Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi – FOTO
CƏMİYYƏT

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi – FOTO

22/09/2026 14:10
955
Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN…
CƏMİYYƏT

Avtobus zolağına girmək istəyənlərin NƏZƏRİNƏ: ŞƏXSİ AVTOMOBİLLƏR ÜÇÜN…

22/09/2026 13:37
952
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı – RƏSMİ

22/09/2026 13:32
953
Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
CƏMİYYƏT

Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR

22/09/2026 12:35
964

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident: “Onlara 2-3 həftə vaxt verilmişdi…”

Prezident: “Onlara 2-3 həftə vaxt verilmişdi…”

22/09/2026 14:56
961
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”

“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”

22/09/2026 14:53
957
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”

“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”

22/09/2026 14:52
961
AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy

AQTA-nın mürəbbə və turşu qərarı MÜZAKİRƏ açdı – İki rəy

22/09/2026 14:40
960

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
964

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
960

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.