“Belarusda “Oreşnik” raket sisteminin yerləşdirilməsi KTMT-nin qərb sərhədlərini qoruyacaq”.
Gündəm24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
O vurğulayıb ki, bu cür tədbirlər təşkilatın qərb sərhədlərində baş verən hadisələrə cavab olaraq həyata keçirilir:
“Biz silahlı qüvvələrimizin sayını artırmırıq. Onların keyfiyyətinə, ən son, ən müasir texnika ilə təchiz edilməsinə və ərazimizdə yerləşdirilməsinə diqqət yetiririk. Xüsusilə, “Oreşnik” əməliyyat-taktiki kompleksinin yerləşdirilməsi bütün təşkilat üçün müdafiədir”.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko “Oreşnik” raket sisteminin bu ilin dekabrında Belarusda yerləşdiriləcəyini bildirmişdi.














