Minskdəki Milli Kitabxana binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Gündəm24.az bildirir ki, bu barədə Belarusun Bakıdakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, kitabxananın mavi-qırmızı-yaşıl tonlarla işıqlandırılması 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunub.














