Şənbə, Mart 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

BMT-nin yeni rezident əlaqələndiricisinin kimliyi bilindi

07/01/2026 09:00
Dünya, Siyasət
52 0
BMT-nin yeni rezident əlaqələndiricisinin kimliyi bilindi
66
Baxış sayı

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni müvəqqəti rezident əlaqələndiricisinin kimliyi məlum olub.

Gündəm24.az xəbər verir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf üzrə Koordinasiya Ofisinin rəhbəri Karolina Azevedo bildirib.

BMT rəsmisi qeyd edib ki, bu vəzifəyə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəsi Məhəmməd Nasar Hayat təyin olunub.

O əlavə edib ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyevanın mandatı rəsmi olaraq 8 yanvar 2026-cı il tarixində başa çatacaq.

Bildirilir ki, yeni rezident əlaqələndiricisi hazırda başqa ölkədə vəzifədədir və həmin ölkədəki öhdəlikləri tamamlandıqdan sonra Azərbaycanda fəaliyyətə başlayacaq. BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yeni rezident əlaqələndiricisi vəzifəsini 1 iyul 2026-cı il tarixində icra etməyə başlayacaq.

“Bu aralıq dövrdə rəhbərliyin fasiləsizliyini təmin etmək üçün cənab Məhəmməd Nasar Hayat 9–14 yanvar 2026-cı il tarixlərində müvəqqəti əsaslarla Azərbaycandakı Nümayəndəlikdə vəzifəyə başlayacaq”, – deyə K. Azevedo əlavə edib.

Qeyd edək ki, Nasar Hayat BMT‑nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Rezident Nümayəndəsi və qurumun Partnyorluq və Əlaqələndirmə Ofisinin rəhbəridir. N. Hayat bu vəzifəyə 2023-cü ilin iyulunda təyin olunub və etimadnaməsini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.

Azərbaycandan əvvəl o, təşkilatın Laos ofisinin rəhbəri olub. N. Hayat Pakistan hökumətində 11 il xidmət etməklə yanaşı, Birləşmiş Millətlər İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda da fəaliyyət göstərib.

Xatırladaq ki, BMT-nin Azərbaycandakı hazırkı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanda fəaliyyətə 1 iyul 2021-ci il tarixində başlamışdı.

Oxşarxəbərlər

“Təcili yardım maşınlarından istifadəni dayandırın” – İsraildən xəbərdarlıq
Dünya

“Təcili yardım maşınlarından istifadəni dayandırın” – İsraildən xəbərdarlıq

14/03/2026 12:20
50
İran “TRİPP”i vura BİLƏR – Region təhdid altında
Dünya

İran “TRİPP”i vura BİLƏR – Region təhdid altında

14/03/2026 12:00
55
Rusiya Kiyevi VURDU: ÖLƏNLƏR VAR
Dünya

Rusiya Kiyevi VURDU: ÖLƏNLƏR VAR

14/03/2026 11:32
62
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Manşet

Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ

14/03/2026 11:18
54
Kim Çen İn balistik raketlərin buraxılmasına İCAZƏ VERDİ
Dünya

Kim Çen İn balistik raketlərin buraxılmasına İCAZƏ VERDİ

14/03/2026 10:55
53
Tramp Putini RƏDD ETDİ
Dünya

Tramp Putini RƏDD ETDİ

14/03/2026 09:47
64

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Təcili yardım maşınlarından istifadəni dayandırın” – İsraildən xəbərdarlıq

“Təcili yardım maşınlarından istifadəni dayandırın” – İsraildən xəbərdarlıq

14/03/2026 12:20
50
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

14/03/2026 12:12
53
İran “TRİPP”i vura BİLƏR – Region təhdid altında

İran “TRİPP”i vura BİLƏR – Region təhdid altında

14/03/2026 12:00
55
Rəqsanə lüks avtomobili ilə GÖRÜNTÜLƏNDİ – VİDEO

Rəqsanə lüks avtomobili ilə GÖRÜNTÜLƏNDİ – VİDEO

14/03/2026 11:37
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
68

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
81

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In