Qara dəniz sularında Yunanıstana aid olan “Maran Homer” tankeri hücuma məruz qalıb. Gəminin sağ tərəfinə zərər dəysə də, ekipaj üzvləri arasında yaralanan olmayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə “Skai” telekanalına Yunanıstanın gəmiçilik və ada siyasəti naziri Vasilis Kikilias açıqlama verib.
Nazirin sözlərinə görə, Yunanıstan bayrağı altında üzən gəmi Novorossiysk limanından 14 dəniz mili aralıda zərbəyə tuş gəlib. Hadisə anında göyərtədə 10 yunan, 13 filippinli və biri rumın olmaqla ümumilikdə 24 dənizçi olub. Onların vəziyyəti normaldır.














