Cümə axşamı, Mart 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu, İranın bizə “sağ ol” cavabı idi? – Yaşadıqlarını yaşatmaq istəyirlər…

05/03/2026 16:57
Manşet, Siyasət
47 0
Bu, İranın bizə “sağ ol” cavabı idi? – Yaşadıqlarını yaşatmaq istəyirlər…
60
Baxış sayı

İran  tərəfindən Naxçıvan istiqamətində baş verən hücum vəziyyəti daha da gərginləşdirir.

Hadisənin ən narahatedici tərəflərindən biri isə zərbənin məktəb yaxınlığına endirilməsidir – üstəlik bu, uşaqların məktəbdə olduğu saatlara təsadüf etdi…

Qınadığını yaşamadan ölməzsən deyirlər, amma deyəsən İran qınadığını yaşatmağa çalışır…

Maraqlı məqam ondan ibarətdir ki, cəmi bir neçə gün əvvəl İranın özündə məktəb vurulub, nəticədə çox sayda məktəbli həyatını itirib. Tehran həmin hadisəni dünya mediasına geniş şəkildə təqdim etdi, uşaqların hədəfə alınmasını insanlıq əleyhinə cinayət kimi göstərdi. Bu xəbərlər elə Azərbaycanda da böyük üzüntü ilə qarşılandı. Azyaşlıların qan içərisindəki məktəbli çantaları bizi dərindən sarsıtdı və açıq formada sosial şəbəkələrdə bunu qınadıq. Amma çox keçmədi ki, Naxçıvanda məktəb yaxınlığının vurulması barədə məlumat yayıldı.  Məktəblər və mülki obyektlər müharibə zamanı belə toxunulmaz sayılır. Bu, beynəlxalq humanitar hüququn əsas qaydalarından biridir. Yaxşı, bəs edilən hücum nə anlama gəlir? Bu, İranın  bizə “sağ ol” cavabıdır?

Daxildən parçalanan dövlətə xarici qüvvələr nə etsin?

Digər tərəfdən, İranın rəsmi qurumlarının Naxçıvana edilən hücumdan xəbərsiz olduqlarını deməsi də əlavə suallar yaradır. Bir tərəfdən hücumun arxasında xarici qüvvələrin dayandığı iddia olunur, digər tərəfdən isə hücumun İran ərazisindən həyata keçirildiyi barədə məlumatlar səslənir. Bəzi mənbələr bu addımın SEPAH tərəfindən atıldığını ehtimal edir. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir. Əgər hücum doğrudan da İran ərazisindən edilibsə, o zaman rəsmi qurumların bundan xəbərsiz olması sual doğurur. Əgər xəbərləri yoxdursa, bu artıq dövlət daxilində koordinasiya problemlərinin olduğunu göstərir. Belə ziddiyyətli açıqlamalar isə regionda onsuz da gərgin olan vəziyyəti daha da qaranlıq edir və hadisənin arxasında duran real səbəblərlə bağlı şübhələri artırır.

Bu hadisə ilə bağlı Tehran tərəfindən səsləndirilən başqa arqument isə vəziyyəti daha da ziddiyyətli göstərir. İran tərəfi iddia edir ki, Naxçıvan istiqamətində baş verən hücum əslində İsrail tərəfindən İranla qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq məqsədi ilə törədilmiş təxribat ola bilər. Lakin bu izah bir sıra suallar doğurur. Azərbaycan ilə İsrail arasında münasibətlər regionda yeni və gizli bir məsələ deyil. İllərdir davam edən siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığı açıq şəkildə mövcuddur və bu fakt heç kim üçün sirr sayılmır.

Azərbaycanın mövqeyi aydındır: ölkə heç bir regional münaqişənin tərəfi olmaq istəmir. Lakin Prezident İlham Əliyevin bu hadisələrin fonundakı bəyanatı da aydındır – Azərbaycanın ərazisinə və vətəndaşlarına qarşı hər hansı təhlükə cavabsız qalmayacaq!/Sfera.az

Oxşarxəbərlər

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi
Dünya

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi

05/03/2026 17:45
50
İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir
Manşet

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

05/03/2026 17:13
65
İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki… – Sibiqa
Dünya

İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki… – Sibiqa

05/03/2026 17:12
60
İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq
Manşet

İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

05/03/2026 17:11
56
“Prezidentin çıxışı təkcə hadisəyə reaksiya deyil, həm də siqnaldır”
Manşet

“Prezidentin çıxışı təkcə hadisəyə reaksiya deyil, həm də siqnaldır”

05/03/2026 17:06
63
İlham Əliyev: Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək
Manşet

İlham Əliyev: Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək

05/03/2026 16:48
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi

Türkiyə Naxçıvana hücumla bağlı bəyanat verdi

05/03/2026 17:45
50
İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

İlham Əliyev: Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün ümid yeridir

05/03/2026 17:13
65
İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki… – Sibiqa

İranın Azərbaycanı hədəf alması bir daha göstərir ki… – Sibiqa

05/03/2026 17:12
60
İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

İlham Əliyev: Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə barışmayacağıq

05/03/2026 17:11
56

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İsrail qırıcıları İranın strateji yolunu bombaladı

İsrail qırıcıları İranın strateji yolunu bombaladı

05/03/2026 09:31
61

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

İraq səmasında zərbələr: İranpərəst silahlı qruplara hücum

05/03/2026 08:38
64

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

ŞOK rəqəm: İranla müharibənin ABŞ-a gündəlik xərci 1 milyard dollar

05/03/2026 08:18
71

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

Vaşinqton-Tehran xətti? Netanyahunun Ağ Evə inamsızlığı artır

05/03/2026 03:55
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In