Bazar ertəsi, İyul 13, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bu nazirlər Kəmaləddin Heydərova çatdı…

15/01/2026 13:10
Gündəm
63 1
Bu nazirlər Kəmaləddin Heydərova çatdı…
81
Baxış sayı

Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

Gündəm24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu.

Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli və Anar Axundovdur.

Bununla Mikayıl Cabbarov həm də ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və xarici işlər naziri Ceyhun Bayramovun da hər birinin 6 müavini var. Bir neçə ay əvvələdək K.Heydərov 7 müavinlə ən çox müavini olan nazirlər siyahısına başçılıq etsə də, Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) vəzifədən azad edilməsindən sonra bu statusunu itirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri – Rəfael Mirzəyev (I müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayevdir.

Xarici işlər naziri Ceyhun Bayramovun müavinləri – Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyevdir.

Daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ədliyyə naziri Fərid Əhmədov isə 5 müavini olan nazirlərdir.

Seyfulla Əzimov daxili işlər naziri Vilayət Eyvazovun I müavini, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev isə müavinləridir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinləri – Saməddin Əsədov (“Azərkosmos” ASC-nin İdarə Heyətinin keçmiş sədri), Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədovdur.

Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədova müavin təyin ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil nazirliklərində isə müavin sayı 4-dür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri – Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayevdir. Onlardan son ikisi bir neçə ay əvvəl nazir müavini təyin edilib.

Müdafiə naziri Zakir Həsənovun müavinləri – Kərim Vəliyev (I müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanovdur.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir. Rəşad İsmayılov (I müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva müavin postundadırlar.

Energetika naziri Pərviz Şahbazovun müavinləri Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalovdur.

Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri postunu Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə tutur.

Maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.

Maliyyə naziri Sahil Babayevin müavinləri Anar Kərimov (I müavin), Himalay Məmişov, Natiq Həsənovdur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri vəzifələrini İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov icra edir.

Mədəniyyət naziri Adil Kərimlinin müavinləri postlarında Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynovdur.

Səhiyyə naziri Teymur Musayevin müavinləri vəzifələrində İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov çalışır.

Müdafiə sənayesi, gənclər və idman nazirləri 2 müavini olanlar sırasındadırlar.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri Mehman Baxışov və Hidayət Əzimovdur.

Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri vəzifələrini isə İndira Hacıyeva və Fərhad Hacıyev icra edir.

Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib.

Oxşarxəbərlər

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?
Gündəm

Sərəncam İMZALANDI:Vəzifəsini itirən məmur KİMDİR?

13/07/2026 11:23
52
Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO
Gündəm

Mirşahindən “televizora baxmıram” deyənlərə sərt sözlər: Ən ağır… – VİDEO

13/07/2026 08:56
62
İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq
Gündəm

İki qonşuda savaş – sərhədlər BU TARİXƏDƏK açılmayacaq

11/07/2026 08:49
57
“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq
Gündəm

“WhatsApp”dan yeni funksiya: Artıq özü xatırladacaq

10/07/2026 22:50
54
“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?
Gündəm

“Arzum9999” üçün imza toplanır – Azadlığa buraxılacaq?

09/07/2026 11:45
65
Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH
Gündəm

Ana cəza çəkirsə, uşaqların himayəsini kim üzərinə götürür? – HÜQUQİ İZAH

03/07/2026 15:49
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
58
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi

Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi

13/07/2026 16:46
54
Nazir polkovnik-leytenantı rəis təyin etdi

Nazir polkovnik-leytenantı rəis təyin etdi

13/07/2026 16:32
61
Bakıda maşında meyit tapıldı

Bakıda maşında meyit tapıldı

13/07/2026 16:25
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
58

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
70

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.